Qazaxda rayon mərkəzi xəstəxanası və tibb məntəqəsi üçün yeni bina tikilir » Göyəzən internet portalı
  • Təqvim

    «    Avqust 2017    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031 
  • Unutma

  • Maraq



Qazaxda rayon mərkəzi xəstəxanası və tibb məntəqəsi üçün yeni bina tikilir

Qazaxda rayon mərkəzi xəstəxanası və tibb məntəqəsi üçün yeni bina tikilir
Qazax rayonunda digər sahələrlə yanaşı, sosial sahəyə də böyük diqqət göstərilir. Rayonda elə kənd yoxdur ki, orada insanların uzun illərdən bəri ehtiyac duyduqları məsələlər öz həllini tapmasın. Hazırda rayonda çoxlu sayda sosial obyektlərin inşası aparılır. Onlardan biri də rayon mərkəzi xəstəxanasıdır. Hazırda xəstəxana kompleksində tikinti işləri sürətlə davam edir. Ən müasir tələblərə cavab verəcək səhiyyə ocağının bütün korpuslarının beton işləri artıq başa çatmaq üzrədir. Beton işləri ilə yanaşı hörgü işləri də aparılır. Bu da obyektin vaxtında təhvil verilməsinə imkan yaradacaq.
Qazaxda rayon mərkəzi xəstəxanası və tibb məntəqəsi üçün yeni bina tikilir
145 çarpayılıq xəstəxanada səhiyyənin bütün sahələri, o cümlədən cərrahiyyə, travmatologiya, terapiya, reanimasiya, infeksiya, doğuş, uşaq, dializ, poliklinika şöbələri və təcili yardım stansiyası fəaliyyət göstərəcək. Rayon rəhbərliyi yeni səhiyyə ocağının vaxtında istifadəyə verilməsinə ciddi nəzarət edir və lazım olan bütün köməkliklər göstərilir.

Bundan başqa, rayonun sərhəd kəndlərindən biri olan Abbasbəyli kəndində də yeni tibb məntəqəsi tikilir. Yaxın günlərdə məntəqənin istifadəyə verilməsi nəzərdə tutulur.

Qazaxda rayon mərkəzi xəstəxanası və tibb məntəqəsi üçün yeni bina tikilir
Qazaxda rayon mərkəzi xəstəxanası və tibb məntəqəsi üçün yeni bina tikilir
GOYEZEN.AZ


Facebook-da paylaş