Qazaxda tikilən yeni bağçalar yaxın günlərdə istifadəyə veriləcəkdir » Göyəzən internet portalı


Qazaxda tikilən yeni bağçalar yaxın günlərdə istifadəyə veriləcəkdir

Qazaxda tikilən yeni bağçalar yaxın  günlərdə istifadəyə veriləcəkdir
Rayon rəhbərliyi tərəfindən daim diqqət və qayğı ilə əhatə olunan körpələrimizin daha yaxşı şəraitdə tərbiyə və təhsil almaları üçün Qazaxda hər cür şərait yaradılır. Bu gün rayonumuzda bir neçə ay bundan əvvəl tikintisinə başlanılan 100 yerlik yeni bağça binasının inşa olunması bu sahədə həyata keçirilən məqsədyönlü işlərin əyani sübutudur.

Məlumat üçün qeyd edək ki, tikintinin sifarişçisi Azərbaycan Respublikası Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentlikdir. Obyektin tikintisini isə “Fərhad” MMC tikinti təşkilatı yerinə yetirir.
Qazaxda tikilən yeni bağçalar yaxın  günlərdə istifadəyə veriləcəkdir
Sahə rəisi Şahmar Quliyevin GOYEZEN.AZ saytına verdiyi məlumata görə yeni inşa olunan 1 saylı körpələr evi-uşaq bağçası 2 korpusdan ibarətdir. Bağçanın əsas korpusu isə 3 mərtəbədən və zirzəmidən ibarətdir.

Ş.Quliyevin sözlərinə görə əsas binadan əlavə hər birinin həcmi 100 kubmetr olan 2 ədəd su anbarı, nasosxana və qazanxana da tikilib. Eyni zamanda, yeni bağça binası hasar, darvaza və alaqapıdan ibarətdir. Bağçada oyun meydançası, 3 ədəd söhbətgah da vardır ki, bu da uşaqların asudə vaxtlarının səmərəli keçməsi üçün olduqca vacibdir.
Qazaxda tikilən yeni bağçalar yaxın  günlərdə istifadəyə veriləcəkdir
Həmçinin əsas binada yataq otaqları, qrup oyun otaqları, qəbul otağı, texniki otaq, bufet, sanitar-uzel otağı, ütüləmə, mətbəx, tibb kabineti, qabyuma otağı da tikilibdir. Bundan əlavə holl, direktor, müavin, kompyuter və dəftərxana otaqları da inşa olunub.
Qazaxda tikilən yeni bağçalar yaxın  günlərdə istifadəyə veriləcəkdir
Sahə rəisinin verdiyi məlumata görə bağçada daxili hissədə işlər tam başa çatıb. Hal-hazırda xarici fasad hissədə rənglənmə işləri aparılır və qısa vaxtda başa çatdırılacaqdır. Eyni zamanda bağça həyətinə tamet plitələr düzülür. Yeni tikilən 100 yerlik 1 saylı körpələr evi-uşaq bağçasının yaxın vaxtlarda körpə fidanların istifadəsinə verilməsi nəzərdə tutulub.
Qazaxda tikilən yeni bağçalar yaxın  günlərdə istifadəyə veriləcəkdir
Bununla yanaşı, rayonun Daş Salahlı kəndində inşa olunan yeni bağçalarda da tikinti işləri başa çatmaq üzrədir. Kənddə 3 uşaq bağçasından ikisi qəzalı vəziyyətdə olduğundan onların yenidən tikintisinə ehtiyac var idi. Bir neçə ay bundan əvvəl rayon icra hakimiyyətinin təşəbbüsü və kənddə fəaliyyət göstərən “Akkord” sement zavodunun yaxından iştirakı ilə bu bağçalardan ikisində əsaslı təmir və yenidənqurma işlərinə başlanılıb. Burada yüksək keyfiyyətli tikinti materiallarından istifadə edilir. Artıq hər iki bağçada mətbəx, yemək və yataq otaqları, musiqi, idman və əyləncə zalları inşa edilib, mərkəzləşdirilmiş istilik sistemi yaradılıb. Bağçaların yaxın günlərdə istifadəyə verilməsi nəzərdə tutulub.


Qazaxda tikilən yeni bağçalar yaxın  günlərdə istifadəyə veriləcəkdir
Qazaxda tikilən yeni bağçalar yaxın  günlərdə istifadəyə veriləcəkdir
Qazaxda tikilən yeni bağçalar yaxın  günlərdə istifadəyə veriləcəkdir
Qazaxda tikilən yeni bağçalar yaxın  günlərdə istifadəyə veriləcəkdir


Facebook-da paylaş