Qazaxda yol infrastrukturu yenidən qurulur » Göyəzən internet portalı


Qazaxda yol infrastrukturu yenidən qurulur

Qazaxda yol infrastrukturu yenidən qurulur
Vətəndaşların rahat gediş-gəlişini təmin etmək istiqamətində dövlət başçısının verdiyi tövsiyə və tapşırıqlara əsasən respublikamızın hər yerində olduğu kimi Qazax rayonunda da yeni yollar çəkilir və əsaslı təmir olunur. Belə ki, Qazax-Gürcüstan Dövlət sərhədi avtomobil yolunun 44 km-lik hissəsi, ümumi uzunluğu 7 km olan Qazaxbəyli-Orta Salahlı-Aşağı Salahlı, ümumi uzunluğu 23 km olan Yuxarı Salahlı-Kəmərli, ümumi uzunluğu 27 km olan Qazax-Quşçu Ayrım avtomobil yolları tikilərək yenidən qurulub.

Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov fəaliyyətə başladığı ilk gündən rayonda yol infrastrukturunun yenidən qurulması sahəsinə xüsusi diqqət ayırır və bu istiqamətdə görülən işlər daha da genişləndirilib. Ötən il çox qısa bir zamanda uzunluğu 10 km olan Qazax-Kosalar avtomobil yolu tikilib istifadəyə verilib.

Hal-hazırda isə “Azəravtoyol” ASC tərəfindən Bakı-Tbilisi avtomobil yolunu Qazax–Əskipara yolu ilə birləşdirən, uzunluğu 6 km olan, 7705 nəfər əhalinin yaşadığı Çaylı kəndinin içərisindən keçən avtomobil yolunun tikintisi işləri davam edir. Bundan başqa, ümumi uzunluğu 2,5 km olan, 1711 nəfər əhalinin yaşadığı Hüseynbəyli kəndini rayon mərkəzi ilə birləşdirən avtomobil yolunun asfaltlaşdırılması işləri aparılır. Artıq yolun I qatında asfalt işləri başa çatıb, yolun II qatında isə hazırlıq işlərinə başlanılıb. Qeyd etmək lazımdır ki, Qazax-Hüseynbəyli avtomobil yolunun imkanlarından qonşu Ağstafa rayonunun Düzqışlaq, Qarahəsənli, Kolayır və digər kəndlərinin sakinləri də istifadə edəcəkdir.

Məlumat üçün onu da qeyd edək ki, Qazax-Hüseynbəyli avtomobil yolunda tikinti işləri başa çatdıqdan sonra uzunluğu 7 km olan və Ermənistanla sərhəddə yerləşən, 1213 nəfər əhaliyə xidmət göstərəcək Qazax-Böyük Cəfərli strateji əhəmiyyətli avtomobil yolunun tikintisinə başlanılacaqdır.

Qazaxda yol infrastrukturu yenidən qurulur
Qazaxda yol infrastrukturu yenidən qurulur
Qazaxda yol infrastrukturu yenidən qurulur
Qazaxda yol infrastrukturu yenidən qurulur
GOYEZEN.AZ



Facebook-da paylaş