• Təqvim

  • Unutma

  • Maraq



Yeni anbar tikilir

I Şıxlı kəndində yeni kənd təsərrüfatı anbarı tikilir


Yeni anbar tikilir
Rayonumuzda kənd təsərrüfatı get-gedə inkişaf edir. Bu sahənin inkişafının nəticəsidir ki, məhsul istehsalı durmadan artır. Bu da kənd təsərrüfatı məhsullarının saxlanılması üçün anbarların olması zərurətini yaradır. Bir sözlə, məhsul istehsalı artdıqca anbarlara ehtiyac yaranır.

Yeni anbar tikilir
Bunu nəzərə alaraq artıq bir aydan çoxdur ki, rayonumuzda yeni anbarın tikilməsinə başlanılmışdır. I Şıxlı kəndli fermer təsərrüfatı üçün inşa olunan bu anbar tam müasir üslubda tikilir. Tikinti üçün ayrılmış sahədə hal-hazırda 2 ədəd anbar inşa olunur ki, onların da tikintisi artıq başa çatmaq üzrədir. Tikinti başa çatandan sonra bu anbarlardan rayonumuzda istehsal olunan kənd təsərrüfatı məhsullarının saxlanılması üçün istifadə olunacaqdır.

Kənd təsərrüfatını texnikasız təsəvvür etmək mümkün deyildir. Bu məqsədlə yeni inşa olunan obyektdə maşın mexanizmlərin dayanması üçün talvar da tikilir.
Bununla yanaşı yeni tikilidə su anbarı, ofis binası və s. olacaqdır. Anbara gələn yol, eyni zamanda anbarın həyəti başdan-başa beton olacaqdır.

Yeni anbar tikilir
I Şıxlı kəndli fermer təsərrüfatı üçün inşa olunan anbar “Ehram” MMC-nin inşaatçıları tərəfindən tikilir. İnşaatçılar üzərlərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlir, anbar binasının vaxtında və keyfiyyətlə tikilməsi üçün əllərindən gələni əsirgəmirlər. İş icraçıları Müşfiq Əhmədov və Mahir Qocayev tikintinin yüksək səviyyədə aparılmasına çalışırlar.


Facebook-da paylaş