• Təqvim

  • Unutma

  • Maraq



Ömrün uzun olsun, su çəkən

Ürkməzli kəndində yeni bulaq istifadəyə verilmişdir


Ömrün uzun olsun, su çəkən

Su çəkmək, yol salmaq, körpü tikmək lap qədim zamanlardan ən savab iş, ən xeyirxah əməl sayılmışdır. Ad qazanmaq istəyirsənsə, “Su çək, körpü tik, yol sal” demişdir babalarımız.

Fəaliyyətə başladığı ilk gündən bu xeyirxah əməlləri özünün gündəlik işinə çevirən Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov bu sahədə yadda qalası xeyli işlər görmüşdür. Artıq öz xeyirxahlığı ilə neçə-neçə kənd sakininə unudulmaz sevincli anlar yaşatmış, uzun illərdən bəri mövcud olan su problemlərini aradan qaldırmışdır.

Sentyabr ayının əvvəli Ürkməzli kənd camaatının yaddaşında hələ uzun illər yaşayacaqdır. Məhz həmin gün kəndin Yaqublu adlanan yaşayış massivinə içməli su çəkilmişdir. 2 km-ə yaxın bir məsafədən çəkilmiş yeni bulaqdan göz yaşı kimi dumduru su axır. Bununla da 70-ə yaxın ailənin su problemi rayon rəhbərliyinin diqqət və qayğısı sayəsində öz müsbət həllini tapmışdır.

Beləliklə, kəndin bu hissəsində də əhalinin su həsrətinə son qoyulmuşdur. Ömrün uzun olsun, su çəkən.

Elçin İSMAYIL


Facebook-da paylaş