Qazax rayonunun Çaylı-Təzəkənd avtomobil yolu bərpa olunur » Göyəzən internet portalı
  • Təqvim

    «    Avqust 2017    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031 
  • Unutma

  • Maraq



Qazax rayonunun Çaylı-Təzəkənd avtomobil yolu bərpa olunur VİDEO

Qazax rayonunun Çaylı-Təzəkənd avtomobil yolu bərpa olunur
GOYEZEN.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, Qazax rayonu ərazisindəki Çaylı-Təzəkənd avtomobil yolu “Azəravtoyol” ASC tərəfindən əsaslı şəkildə təmir olunur.

ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, IV texniki dərəcəyə uyğun bərpa olunan və uzunluğu 6 kilometr olan yolun torpaq yatağının eni 10 metr, hərəkət hissəsinin eni isə 6 metr təşkil edir.
Qazax rayonunun Çaylı-Təzəkənd avtomobil yolu bərpa olunur
Təmir-tikinti işləri çərçivəsində yolboyu torpaq işləri görülüb, yeni yol yatağı inşa edilib və asfaltlanma işləri aparılıb. Ümumilikdə isə yolun 36 min kvadratmetr sahəsinə 2 qat olmaqla 12 santimetr qalınlığında asfalt-beton örtüyünün döşənməsi nəzərdə tutulub.
Qazax rayonunun Çaylı-Təzəkənd avtomobil yolu bərpa olunur
Əsaslı təmir işləri başa çatdıqdan sonra zəruri olan yerlərə 50 ədəd yol nişanı və 17 ədəd müxtəlif diametrli suötürücü borular quraşdırılacaq, 18 min metr xətlənmə işləri aparılacaq.

İşlərin qısa müddət ərzində yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub.




Facebook-da paylaş