Şahnabad Nəsibova adına Sarıvəlli kənd tam orta məktəb üçün yeni bina inşa olunur
Ölkə Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindənrespublikamızda təhsil sahəsinə olan qayğı
Qazaxda da öz real əksini tapır. Bunu son illər rayonda yeni məktəb binalarının
inşa olunması, təmirə ehtiyacı olan məktəblərin əsaslı şəkildə yenidən
qurulması,məktəblərin maddi-texniki bazasının gücləndirilməsi əyani şəkildə sübut edir. "Azərbaycan
Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət
Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planına Qazax
rayonu üzrə 11 məktəb binasının əsaslı təmirinin və ya tikintisinin salınması
bunun bariz nümunəsidir. Dövlət Proqramında tikintisi nəzərdə tutulan məktəblərdən biri də Şahnabat
Nəsibova adına Sarıvəlli kənd tam orta məktəbdir.
Heydər Əliyev Fondu tərəfindən
reallaşan "Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində həmin məktəbin həyətində 220 şagird yerlik yeni
bina inşa olunur. Qazax Rayon Təhsil şöbəsinin müdiri
Nizaməddin Babanlı bölgələrimizdə, o cümlədən də Qazaxda təhsil sahəsnə
göstərilən qayğıya görə təhsil işçiləri, ziyalılar və rayon ictimaiyyəti
adından ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban
Əliyevaya, Təhsil Naziri Ceyhun Bayramova minnətdarlığını bildirib. N.Babanlı
hazırda rayonda Sarıvəlli kənd tam orta məktəbin tikintisi ilə yanaşı, Təhsil
Nazirliyi tərəfindən Aydın Məmmədov
adına Qaymaqlı kənd tam orta məktəb üçün 180
şagird yerlik yeni binanın tikildiyini bildirib. Heydər Əliyev Fondu tərəfindənXalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagird yerlik Kosalar kənd tam orta məktəbdə isə aparılan
yenidənqurma işlərinin yekunlaşmaq üzrə olduğunu qeyd edib. Məktəbin təlim-tərbiyə
işləri üzrə direktor müavini Nərminə Kələşova, rus dili müəllimi Fəridə Əhmədova,
valideynlərdən Aygün Həsənova, Elşad Eyyubov müəllimlər, valideynlər adından ölkə
Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya
minnətdarlıq ediblər. İş
icraçısı Elnur Verdiyev yanvar ayından tikintisinə başlanılan 2 mərtəbədən
ibarət olan yeni məktəb binasında şagirdlərin yüksək səviyyədə təhsil almaları
üçün hər cür şərait yaradılacağını bildirib. Zirzəmisi olmaq şərti ilə inşa
olunan yeni məktəbdə həcmi 25 kubmetr olan içməli su anbarının, həcmi 120
kubmetr olan yanğından mühafizə üçün su anbarının, su nasosu stansiyasının,
qazanxananın, idman zalı, akt zalı, yeməkxana və oyun meydançasının da inşa
ediləcəyini qeyd edib. Hazırda zirzəminin tikintisinin başa çatdığını, yeni
məktəb binasının birinci mərtəbəsinin hörgü işlərinə başlanıldığını vurğulayıb.
GOYEZEN.AZ
Facebook-da paylaş