Qazaxda “Abad məhəllə” layihəsi çərçivəsində Nəriman Nərimanov qəsəbəsi yeni görkəm alıb
Son illər Qazaxda görülənişlər onu
söyləməyə əsas verir ki, dövlət başçısı İlham Əliyevin diqqət və qayğısı sayəsində rayonda Dövlət
Proqramında mühüm yer tutan abadlıq və quruculuq işlərinə illər öncə necə start
verilibsə, bu gün də o cür davam etdirilir. "Azərsu”
Açıq Səhmdar Cəmiyyəti tərəfindən Qazaxda şəhərin içməli su və kanalizasiya
sistemi də yenidən qurulur. Şəhərdə paralel olaraq həyata keçirilən su və
kanalizasiya xətlərinin çəkilişi ilə yanaşı, çəkiliş başa çatan küçələrdə
abadlıq işlərinin və yeni asfalt örtüyün vurulmasına da start verilib. Qazaxda "Abad məhəllə” layihəsinin icrası çərçivəsində
abadlıq işlərinə ilk olaraq su və kanalizasiya sisteminin çəkilişi başa çatan
Nəriman Nərimanov qəsəbəsində 6 bloklu, beşmərtəbəli, 60 mənzilli 49 saylı, hər
biri 8 mənzildən ibarət 1 bloklu, ikimərtəbəli 1,2,3 saylı binaların yerləşdiyi
ərazidən başlanıldı. Binaların həyətində olan köhnə elektrik, qaz, rabitə
xətləri səliqəyə salındı. Bundan əlavə, bardürlər düzülərək səkilər yaradıldı.
Binaların həyəti və ətraf əraziyə asfalt döşəndi. Dekorativ gül kolları əkilərək
park salındı. Bir sözlə, layihə çərçivəsində N.Nərimanov qəsəbəsində görülmüş
abadlıq işləri və nümunə olan qəsəbənin yeni görkəmi bir daha onu göstərdi ki,
Qazaxda su və kanalizasiya sisteminin çəkilişi başa çatan bütün küçələr,
ərazilər abadlaşdırılacaq. 49 saylı binanın sakini Mustafa Hacıyev də rayonda
görülən işləri yüksək qiymətləndirir. Su və kanalizasiya xəttinin çəkilişi başa
çatan küçələrin abadlaşdırılmasının hər bir rayon sakini tərəfindən razılıq
hissi ilə qarşılandığını qeyd edir. Qəsəbədə aparılan quruculuq işlərinə görə
ölkə Prezidentinə minnətdarlığını bildirir.
GOYEZEN.AZ
Facebook-da paylaş