Qazax şəhərində su və kanalizasiya sisteminin çəkilişi başa çatan küçələr asfaltlanır
Son illər cənab
Prezident İlham Əliyevin qayğısı, dəstəyi sayəsində Qazaxda həyata keçirilən
abadlıq-quruculuq işləri geniş vüsət alıb. Bu işlər sayəsində bu gün Qazax
böyük bir tikinti meydançasını xatırladır. Ölkə
Prezidentinin qayğısı nəticəsində əhalinin içməli su və kanalizasiya sistemi ilə təminatının
yaxşılaşdırılması istiqamətində görülən işlər Qazaxda da öz real əksini tapır. "Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Qazaxda şəhərin
içməli su və kanalizasiya sistemi yenidən qurulur. Sevindirici haldır ki,
şəhərdə paralel olaraq aparılan su və kanalizasiya xətlərinin çəkilişi ilə
yanaşı, çəkiliş başa çatan küçələrdə abadlıq işlərinə və yeni asfalt örtüyün
vurulmasına da start verilib. Səməd Vurğun küçəsində
aparılan quruculuq işləri və yeni asfalt örtüyün döşənməsi bu söylədiklərimizin
bariz nümunəsidir. Bu gün küçədə istər səkilərə, istərsə də yola asfalt örtüyün
döşənməsi və digər abadlıq işləri sürətlə davam edir. Bundan əlavə, elektrik,
rabitə və qaz xətləri səliqəyə salınır, dayaqlar və ağaclar rənglənir. Şəhər sakinləri Bəsdi Ələkbərova, Mustafa Mirzəyev də
yaşadıqları küçələrin abadlaşdırılmasını birmənalı şəkildə razılıq hissi ilə
qarşılayırlar. Qazaxda həyata keçirilən genişmiqyaslı işlərə görə ölkə
Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildirirlər. Qazaxın inkişafı
istiqamətində atılan uğurlu addımları rayon sakinləri olaraq hər zaman yüksək
qiymətləndirirlər.
GOYEZEN.AZ
Facebook-da paylaş