• Təqvim

  • Unutma

  • Maraq



Qazax şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbində əsaslı təmir işləri başa çatıb


Bu gün tam əminliklə söyləyə bilərik ki, ölkə Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın daim diqqət mərkəzində saxladıqları sahələrdən biri də məhz mədəniyyət sahəsidir. Son illər bu sahəyə olan dövlət qayğısının nəticəsidir ki, ölkəmizdə yeni mədəniyyət müəssisələrinin inşa edilməsi, neçə-neçə mədəniyyət obyektlərinin əsaslı təmir olunması, müasir İncəsənət Mərkəzlərinin istifadəyə verilməsi, mədəniyyət müəssisələrinin sayının ildən-ilə artması geniş vüsət alıb.

Qazaxda da istər ölkə başçısı, istərsə də rayon rəhbərliyi tərəfindən mədəniyyət sahəsinə olan qayğı yüksək səviyyədədir. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən rayonda fəaliyyət göstərən və qəzalı vəziyyətdə olan şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbinin əsaslı təmir olunaraq yenidən qurulması mədəniyyət sahəsində, eləcə də musiqi sahəsində çalışan insanlara, bu sahə ilə məşğul olan gənclərimizə verilən dəyər və ən böyük töhfədir.  

Artıq demək olar ki, şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbində əsaslı təmir işləri yekunlaşıb. Son olaraq binanın xarici fasadında və otaqlarda rənglənmə işləri aparılıb. Hazırda lazım olan son tamamlanma işləri görülür.

Məlumat üçün qeyd edək ki, Qazax şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbi XIX əsrdə tikilmiş, 1960-cı ildən uyğunlaşdırılmış binada fəaliyyət göstərir. Qazax şəhəri, M.P.Vaqif küçəsi 24-də yerləşən məktəbin ümumi sahəsi 310 kv.m-dir. Ağstafa Regional Mədəniyyət İdarəsinin balansındadır. Məktəbdə 27 sinif otağı, 1 direktor, 1 tədris hissə müdiri otağı, 1 kitabxana olmuşdur. Məktəbdə 6 şöbə: fortepiano, skiripka, tar, kamança, qarmon, saz şöbələri fəaliyyət göstərir. Musiqi məktəbində 65 nəfər müəllim və 7 texniki işçi çalışır. 253 nəfər şagird Azərbaycan və dünya musiqisi incilərinin sirlərini dərindən öyrənir. Məktəbdə 22 piano, 1 skiripka, 1 qarmon, 1 tar, 2 kamança, 2 saz, 1 nağara musiqi alətlərindən istifadə olunur.







 

GOYEZEN.AZ



Facebook-da paylaş