• Təqvim

  • Unutma

  • Maraq



Sərhəd kəndi Məzəmdə istinad divarının çəkilişi davam edir

 


Bu gün daim erməni silahlı birləşmələrinin atəşi altında olan, sərhədə ən yaxın məsafədə yerləşən kəndlərdən biri də Qazax rayonunun Məzəm kəndidir. Ermənistan-Azərbaycan münaqişəsi başlayan ilk gündən bəri 65 evdən ibarət olan bu kənd 8 şəhid verib. Bu qəhrəman kənddə 4 hərbçi öz torpaqlarının, kəndinin, bütövlükdə Qazaxın müdafiəsi uğrunda canından keçib. 4 nəfər kənd sakini isə düşmən gülləsinin qurbanı olub. 1 nəfər kənd sakini - Mərfət Nəsibov Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Ötən yazılarımızda da məlumat verdiyimiz kimi, düşmənlə sərhəddə yerləşən bu kənddə sakinlərin təhlükəsizliklərinin təmin olunması istiqamətində məqsədyönlü işlər görülür. Digər sərhəd kəndləri kimi, Məzəmdə də düşmənə yaxın mövqedə yerləşən evlərin, eləcə də sakinlərin kəndə təhlükəsiz şəraitdə gediş-gəlişini təmin etmək məqsədilə yol kənarına istinad divarı çəkilir. Ümumiyyətlə, son 3 ildə rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən sərhəddə yaşayan sakinlərin istər yaşayış şəraitlərinin yaxşılaşdırılması, istərsə də təhlükəsizliklərinin təmin olunması istiqamətində həyata keçirdiyi məqsədyönlü işlərin nəticəsidir ki, bu gün kənd sakinləri öz evlərində rahat həyat sürə bilirlər. Bu qayğı sayəsində bu günə kimi 57 evin qarşısına uzunluğu 2530 p/m, hündürlüyü 3 metr olan istinad divarı çəkilib. Bundan əlavə, vətəndaşların xahişini nəzərə alaraq daha 5 evin qarşısına 88 p/m uzunluğunda istinad divarının çəkilməsi də nəzərdə tutulub.

Ötən illərdə olduğu kimi, bu il də Məzəm kəndində müdafiə hasarlarının çəkilməsi işinə böyük sürətlə start verilib. Vətəndaşların müraciətləri əsasında onların təhlükəsizliyini təmin etmək məqsədilə yenidən yol kənarında istinad divarının çəkilməsinə başlanılıb. Sərhəddə yaşayan kənd əhalisinin təhlükəsiz gediş-gəlişini təmin edəcək hasarın hündürlüyü 3 metr, uzunluğu isə 486 paqonmetrdir. Artıq 400 paqonmetr hörgü işləri aparılıb.





GOYEZEN.AZ



Facebook-da paylaş