Sərhəddə yerləşən Məzəm kəndində istinad divarının çəkilişi davam edir
Son 3 ildir ki,
Qazaxda görülən abadlıq və quruculuq işləri ilə yanaşı, düşmənlə sərhəddə
yerləşən kəndlərdə yaşayan sakinlərin təhlükəsizliklərinin təmin olunması
istiqamətində də məqsədyönlü işlər görülür. Rayon rəhbərinin fəaliyyətə
başladığı ilk gündən sərhəddə yaşayan sakinlərin istər yaşayış şəraitlərinin
yaxşılaşdırılması, istərsə də təhlükəsizliklərinin təmin olunması istiqamətində
həyata keçirdiyi məqsədyönlü işlər bunun bariz nümunəsidir. Məhz bu diqqət və
qayğının nəticəsidir ki, həmin sərhəd kəndlərində yaşayan sakinlərin evlərinin
qarşısına istinad divarları çəkilib. Düşmənin atəş nöqtələrinə ən yaxın
məsafədə yerləşən evlərin qarşısına müdafiə hasarlarının çəkilməsi sayəsində bu
gün kənd sakinləri öz evlərində rahat həyat sürə bilirlər.
Bu gün daim
erməni silahlı birləşmələrinin atəşi altında olan, sərhədə ən yaxın məsafədə
yerləşən kəndlərdən biri də rayonun Məzəm kəndidir.
Ermənistan-Azərbaycan münaqişəsi başlayan ilk gündən bəri 65 evdən ibarət olan
bu kənd 8 şəhid verib. Bu qəhrəman kənddə 4 hərbçi öz torpaqlarının, kəndinin,
bütövlükdə Qazaxın müdafiəsi uğrunda canından keçib. 4 nəfər kənd sakini isə
düşmən gülləsinin qurbanı olub. 1 nəfər kənd sakini - Mərfət Nəsibov
Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Digər sərhəd
kəndləri kimi, Məzəm kəndində də düşmənə yaxın mövqedə yerləşən evlərin, eləcə
də sakinlərin kəndə təhlükəsiz şəraitdə gediş-gəlişini təmin etmək məqsədilə
yol kənarına istinad divarı çəkilib. Əhalinin təhlükəsizliyini təmin etmək
məqsədilə bu günə kimi 57 evin qarşısına çəkilən istinad divarının uzunluğu 2530
p/m və hündürlüyü isə 3 metrdir. Bundan əlavə, vətəndaşların xahişini nəzərə
alaraq daha 5 evin qarşısına 88 p/m uzunluğunda istinad divarının çəkilməsi də
nəzərdə tutulub.
Ötən illərdə
olduğu kimi, bu il də Məzəm kəndində müdafiə hasarlarının çəkilməsi işinə böyük
sürətlə start verilib. Vətəndaşların müraciətləri əsasında onların
təhlükəsizliyini təmin etmək məqsədilə yenidən yol kənarında istinad divarının
çəkilməsinə başlanılıb. Sərhəddə yaşayan kənd əhalisinin
təhlükəsiz gediş-gəlişini təmin edəcək hasarın hündürlüyü 3 metr, uzunluğu isə
486 paqonmetrdir. Artıq 230 paqonmetr hörgü işləri aparılıb.
GOYEZEN.AZ
Facebook-da paylaş