Qazaxbəyli kənd uşaq bağçasında təmir işləri davam edir
Son illər
Qazaxda bütün sahələrlə yanaşı, daim diqqət mərkəzində saxlanılan sahələrdən
biri də uşaqlarla bağlı sahədir. Rayon rəhbərinin körpə fidanlara olan sonsuz
sevgisinin nəticəsidir ki, bu gün rayonda uşaqların sağlam və gümrah
böyümələri, onların Vətənə layiqli övlad kimi yetişməsi, mükəmməl təhsil
almaları üçün hər cür şərait yaradılır. Bu istiqamətdə görülən işlərin ən bariz
nümunəsi isə rayonda olan körpələr evi-uşaq bağçalarının əsaslı şəkildə təmir
olunması və ya yaxud da yenidən qurulmasıdır. Son 3 ildə
rayonda mövcud olan 25 uşaq bağçasından 17-nin tam müasir standartlara cavab
verən səviyyəyə çatdırılması bu dediklərimizin əyani sübutudur. Şəhərdə
yerləşən 1,2,3,4,5,6 saylı,
kənd bağçalarından Qazaxbəyli kəndi ərazisində məcburi köçkünlər üçün salınmış
yeni qəsəbədə yerləşən Aşağı Əskipara,
Daş Salahlı kənd 2 və 3 saylı, Kosalar kənd 2 və 3 saylı,
Xanlıqlar, İkinci Şıxlı kənd 2 saylı körpələr evi-uşaq bağçaları, Cəfərli,
Canalı, Quşçu Ayrım və Bala Cəfərli kənd uşaq bağçaları həmin təmirli bağçalar sırasındadır. Demək olar ki, bu
il də bağça tikintisi və ya əsaslı təmir olunması istiqamətində görülən işlər
uğurla davam etdirilir. Ötən yazılarımızda da qeyd etdiyimiz kimi, xeyli vaxtdır təmir işləri aparılan uşaq bağçalarından
biri də Qazaxbəyli kənd
uşaq bağçasıdır. Hazırda anbarda,
dəhlizdə, həmçinin, əlavə olaraq tikilmiş mətbəxdə və sanitar qovşaqlarında
kafel-metlax işləri görülür. Otaqlarda isə laminat vurulması işi yekunlaşmaq üzrədir.
Bundan əlavə, bütün elektrik və su xətti çəkilib, istilik sisteminin çəkilişi
isə davam edir. Həmçinin, bütün qapı və pəncərələr yenilənib. Pəncərələrin və binanın
giriş qapısının kənarına aqlaydan haşiyələr vurulub. Bağçanın həyətində isə
tamet döşənməsi üçün alt hissənin hazırlıq işləri aparılır. Dekorativ gül-çiçək
əkilməsi üçün ayrılmış hissələr hazırlanır. Onu da qeyd
edək ki, bağça binasının dam örtüyü dəyişdirilib. Bağçanın ətrafına hasar
çəkilərək suvanıb, işıqlanma sistemi quraşdırılıb. Dəmir məhəcərlər və giriş
qapısı rənglənib. GOYEZEN.AZ
Facebook-da paylaş