Vətəndaşların müraciəti həll olunur
Son iki il
yarımdır ki, Qazaxda bütün sahələrlə yanaşı, vətəndaş amili də hər zaman ön
plana çəkilir. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun fəaliyyətə
başladığı ilk gündən vətəndaşların müraciətlərinə əsasən yerində baxış
keçirməsinin, qaldırılan məsələnin həlli istiqamətində yerindəcə tapşırıq
verməsinin nəticəsidir ki, hər bir rayon sakini yazdığı məktuba, ünvanladığı
müraciətə dəqiq və operativ şəkildə baxılacağını bilir. Ötən yazımızda
rayon rəhbərinin bir qrup rayon sakininin istəyini nəzərə alaraq şəhərin "Mal
bazarı” deyilən ərazisində olması, onların müraciətlərini dinləyərək bazar
ətrafında səliqə-səhman və abadlıq işlərinin aparılması, yeni
infrastrukturların yaradılması istiqamətində aidiyyəti üzrə tapşırıqlar verməsi
barədə məlumat vermişdik. Artıq rayon
rəhbərinin tapşırıq və tövsiyəsinə əsasən bazar ətrafında genişmiqyaslı
təmizlik və abadlıq işlərinin aparılmasına başlanılıb. Bazarda vətəndaşların istəyini
nəzərə alaraq öz mal-qarasını rahat şəkildə satmaları üçün lazımi şərait yaradılır.
GOYEZEN.AZ
Facebook-da paylaş