• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda Daş Salahlı-Ürkməzli-Dəmirçilər avtomobil yolu yenidən qurulur


Ölkə başçısının tapşırıq və sərəncamları əsasında yol infrastrukturunun yenidən qurulması ilə bağlı cari ildə tərtib edilmiş tədbirlər planına uyğun olaraq Qazax rayonunda uzunluğu 16 km olan yerli əhəmiyyətli Daş Salahlı-Ürkməzli-Dəmirçilər avtomobil yolunun yenidən qurulması işlərinə başlanılıb.

Sözügedən avtomobil yolu iki  hissə üzrə yenidən qurulur. Bu Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 482-ci km-dən ayrılan və 11,5 km uzunluğa malik Daş Salahlı yolu, həmçinin yerli əhəmiyyətli Qazax-Yuxarı Əskipara avtomobil yolunun 11 km-dən ayrılan və 4,5 km uzunluğunda olan Ürkməzli-Dəmirçilər yoludur.

Yerli əhəmiyyətli Daş Salahlı-Ürkməzli-Dəmirçilər avtomobil yolu IV texniki dərəcli olmaqla uzun müddət əsaslı təmir olunmadan istismar olunduğundan yol geyimi və yolun əsası, həmçinin, torpaq yatağı sel sularının təsirindən yuyulmuş, hərəkət hissəsində, qabarmalar, çalalar əmələ gəlmiş, asfalt-beton örtüklü hissələrdə çoxlu sayda torlar və çalalar yaranmışdır.

Layihəyə uyğun olaraq sözügedən yolun 4,5 km-lik Ürkməzli-Dəmirçilər hissəsində təmir-tikinti işləri artıq yekunlaşıb. Burada mövcud örtük sökülərək kənara daşınıb, yolun deformasiyaya uğramış hissələri qazılaraq çıxarılıb, təqribən 12 min kub.m həcmdə karxana qruntu ilə əks-dolğu işləri görülüb.

Yol boyu mövcud suötürücü borular istismara yaramadığı üçün yeni suötürücü boruların quraşdırılması və küvetlərin açılması tələb olunurdu. Bu səbəbdən yol boyu 4 ədəd 48 paqonmetr uzunluğunda 500 mm-lik, 2 ədəd 24 paqonmetr uzunluğunda isə 1000 mm diametrində yeni dəmir-beton suötürücü borular quraşdırılıb, başlıqlar dəmir-betonla tikilib. Bundan başqa, avtoqreyderlə 3500 paqonmetr küvetlərin açılması işləri də görülüb.

Daha sonra tikinti norma və standartlarına uyğun olaraq torpaq yatağnın avtoqreyderlə profilə salınması, 36 sm hündürlükdə karxana çınqılı və optimal  qum-qırmadaş qarışığından əsasın alt və üst layının 50 min kv.m sahədə tikintisi işləri görülüb. Bunun ardınca isə əlaqələndirici bitum səpilməklə yol örtüyünün alt layı 7 sm, üst layı isə 5 sm qalınlıqda iri və xırda dənəli olmaqla asfalt beton qarışığı ilə salınması, çiyin hissələrin 14 min kv.m sahədə optimal qum-qırmadaş qarışığı ilə bərkidilməsi işləri aparılıb, 8 yol birləşməsi təmir edilib.

Daş Salahlı-Ürkməzli-Dəmirçilər avtomobil yolunun 11,5 km-lik Daş Salahlı hissəsinin yenidən qurulması işləri isə davam etdirilir. Anoloji işlər burda da aparılır. Belə ki, mövcud asfalt-beton örtüyü sökülərək kənara daşınır, yolun deformasiyaya uğramış hissələri qazılaraq çıxarılıb, təqribən 24 min kub.m həcmdə karxana qruntu ilə əks-dolğu işləri görülür. 

Yol boyu 4 ədəd 48 paqonmetr uzunluğunda 500 mm diametrində yeni suötürücü dəmir-beton borular quraşdırılaraq izolyasiya olunur, 4 nöqtədə müxtəlif diametrlərə malik suötürücü boruların başlıqlarının isə təmiri işləri görülür, 5800 paqonmetr uzunluğunda küvet hissələr açılır.

Daha sonra torpaq yatağı avtoqreyderlə profilə salınır, 36 sm hündürlükdə karxana çınqılı və optimal qum-qırmadaş qarışığından əsasın alt və üst layının 130 min kv.m sahədə tikintisi işləri görülür. Yol əsası hazır olan hissələrin isə artıq asfaltlanması işlərinə də başlanılıb. Belə ki, əlaqələndirici bitum səpilməklə yol örtüyünün alt layı 7 sm, üst layı isə 5 sm qalınlıqda iri və xırda dənəli olmaqla asfalt beton qarışığı ilə inşa edilir, çiyin hissələr xüsusi qruntla bərkidilir, 14 ədəd yol birləşməsi isə təmir edilir.

Layihənin sonuncu mərhələsində 5 yerdə avtobus dayanacağı qoyulacaq, hərəkətin normal təşkili üçün 42 km göstəricisi, 52 yol nişanı, 600 siqnal dirəyi quraşdırılacaq, 48 km yolcizgi və yol göstərici xətləri çəkiləcək. 

16 km uzunluğa malik Daş Salahlı-Ürkməzli-Dəmirçilər avtomobil yolu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında, mövcud tikinti norma və qaydalarına uyğun şəkildə yüksək keyfiyyətlə yenidən qurulur. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub.

aayda.gov.az





Facebook-da paylaş