Qazaxda şəhərin təmizliyi daim diqqət mərkəzində saxlanılır
Son iki il yarımdır ki, Qazaxda aparılan
genişmiqyaslı abadlıq və tikinti-quruculuq işləri rayonun ümumi görkəmini
son dərəcə dəyişib. Bu gün rayonda elə bir sahə tapılmaz ki, orada bir yenilik,
canlanma olmasın.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb
Babaşov tərəfindən rayonda bütün sahələrdə olduğu kimi, şəhərin təmizliyinə də
xüsusi diqqət ayrılır. Rayon rəhbərliyinin tapşırıq və göstərişinə əsasən şəhərin
təmiz saxlanılması istiqamətində də məqsədyönlü işlər görülür. Mütəmadi olaraq yaşayış məntəqələrində, idarə, müəssisə və təşkilatlarda
əhali arasında ərazilərin və yol kənarlarının təmiz saxlanılması istiqamətində maarifləndirmə
tədbirləri aparılır.
Şəhərin
təmizliyinin qorunub saxlanılması istiqamətində həyata keçirilən tədbirlərdən
biri də odur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 yanvar 2018-ci
il tarixli, 7s nömrəli Sərəncamı ilə ayrılmış 60 ədəd konteyner rayona
gətirilərək yaşayış məntəqələrinin ehtiyac olan yerlərinə qoyulmuşdur. Bundan əlavə, tərtib olunmuş
qrafik əsasında şəhərin prospekt və küçələrində gündəlik olaraq, səhər və axşam
saatlarında təmizlik işləri aparılır, məişət tullantılarının vaxtlı-vaxtında
götürülməsi təmin edilir, təmizlik işlərinə nəzarət artırılır.
Şəhərin N.Nərimanov yaşayış
massivində, Canalı massivində, M.Hüseyn, Ə.Qədirov və Ə.Şıxlinski küçələrində mütəmadi
olaraq iməcilik yolu ilə təmizlik işləri həyata keçirilmişdir.
Şəhərdə təmizliyin qorunub saxlanması məqsədilə görülən
işlərdən biri də rayonun Ağköynək kəndi ərazisində
məişət tullantıları üçün ayrılmış zibil poliqonun yaradılması
və həftədə bir dəfə həmin poliqonda traktorla təmizlik işlərinin aparılmasıdır.
Bu gün növbəti dəfə həmin poliqonda təmizlik
işlərinə başlanılıb. Eyni zamanda, məişət tullantıları üçün ayrılmış sahənin
ətrafına 200 metr uzunluğunda dəmir torun çəkilməsinə
start verilib.
Sevindirici hal isə odur ki, bu
gün şəhər mərkəzi ilə yanaşı, rayonun bütün kəndlərində də məişət
tullantıları üçün ayrılmış sahələr təmizlənir, kəndlərdə mütəmadi
olaraq iməcliklər keçirilir. Görülmüş işlərin nəticəsidir ki, ən son Yuxarı Salahlı kəndi ərazisində məişət
tullantıları atılmış 1 hektara yaxın sahə 2 ədəd texnika vasitəsi ilə təmizlənib, Çaylı kəndində
isə məişət tullantılarının atılması üçün kənd ərazisinə 8 ədəd zibil qutusu
qoyulub.
Hazırda rayonun bütün yaşayış
məntəqələrində və ictimai yerlərdə məişət tullantılarının vaxtında götürülməsi
və daşınması ilə əlaqədar işlər davam etdirilir.
Bu gün rayonun yaşayış məntəqələrinin
məişət tullantılarından təmizlənməsi, magistral avtomobil yollarının kənarlarında,
ictimai yerlərdə, turizm və iaşə obyektərində atılıb qalmış zibillərin götürülməsi
sahəsində görülmüş işlərin nəticəsidir ki, Qazax "Təmiz şəhər” elan olunub.
GOYEZEN.AZ
Facebook-da paylaş