• Təqvim

  • Unutma

  • Maraq



İkinci Şıxlı kənd 2 saylı körpələr evi-uşaq bağçasında işlər sürətlə davam etdirilir


Bu gün Qazax rayonunda 25 bağça fəaliyyət göstərir ki, onlardan 6-sı şəhərdə, 19-u isə kəndlərdə yerləşir. Qazaxbəyli kəndi ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə yerləşən Aşağı Əskipara kənd körpələr evi-uşaq bağçası, şəhər bağçalarından 1,2, 3, 4 və 5 saylı körpələr evi-uşaq bağçaları, Daş Salahlı kənd 2 və 3 saylı, Kosalar kənd 2 və 3 saylı, Xanlıqlar kənd körpələr evi-uşaq bağçaları, Cəfərli, Canalı, Quşçu Ayrım və Bala Cəfərli kənd uşaq bağçaları tikilmiş və əsaslı təmir olunan bağçalar sırasındadır.  

Məlumat verdiyimiz kimi, artıq 2 həftədən çoxdur ki, İkinci Şıxlı kənd 2 saylı körpələr evi-uşaq bağçasının da əsaslı şəkildə yenidən qurulmasına başlanılıb.  

İstifadəyə verildiyi gündən təmir olunmayan, uzun müddət baxımsızlıq ucbatından yararsız hala düşən və əsaslı təmirə böyük ehtiyac olan bağçada ilk gündən tikinti işləri sürətlə davam etdirilir.

İşlərin sürətlə aparılmasının nəticəsidir ki, bağça binasında əsas işlərin xeyli hissəsi görülüb. Belə ki, bütün otaqlarda olan köhnə suvaqlar çapılaraq tökülüb, köhnə qapı və pəncərələr, tavan və döşəmə sökülüb.  Əlavə tikiləcək qrup otaqlarının hörgü işləri başa çatıb. Bundan əlavə, yeni pəncərələr quraşdırılıb.

Hazırda binanın dam örtüyü vurulur. Daxili və xarici fasadda suvaq işləri görülür. Yeni su-kanalizasiya xətti çəkilir və işlər yekunlaşmaq üzrədir.














GOYEZEN.AZ



Facebook-da paylaş