Yeni həkim məntəqəsində işlər sürətlə davam etdirilir
Xəbər verdiyimiz kimi, rayonun Yuxarı Salahlı kəndində də daha bir həkim məntəqəsi tikilməkdədir. Yaponiya səfirliyinin maliyyə dəstəyi ilə tikilən məntəqədə qısa zaman kəsiyində əsas işlərin xeyli hissəsi görülüb. Demək olar ki, artıq məntəqədə son tamamlanma işləri aparılır.
Hörgü tam başa çatıb. Dam örtüyü vurulub. Elektrik xətti çəkilib. Hazırda xarici və daxili fasadda suvaq işi görülür. Otaqlarda tavan vurulur. Qapı və pəncərələr sifariş olunub. Bundan əlavə, rayon rəhbərliyinin dəstəyi ilə məntəqənin qarşısında 30 kv.m ərazini əhatə edən çardaq quraşdırılıb.
Məlumat üçün qeyd edək ki, Yaponiya səfirliyinin, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin və Qazax rayon İcra Hakmiyyətinin birgə razılığı əsasında Qərb-Resurs Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyi tərəfindən tikilən həkim məntəqəsinin ümumi sahəsi 216 kv.m-dir.
8 otaqdan ibarət olacaq həkim məntəqəsi bütün müasir avadanlıqlarla tam təmin ediləcəkdir.
Facebook-da paylaş