Vətəndaşların müraciəti əsasında su xətti çəkilir » Göyəzən internet portalı
  • Təqvim

  • Unutma

  • Maraq



Vətəndaşların müraciəti əsasında su xətti çəkilir

Vətəndaşların müraciəti əsasında su xətti çəkilir
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov fəaliyyətə başladığı ilk gündən şəhid ailələrinə, Qarabağ müharibəsi veteranlarına, əlillərinə xüsusi diqqət və qayğı ilə yanaşır. Onlar tərəfindən qaldırılan məsələlərə, edilən müraciətlərə diqqətlə yanaşır, günün müxtəlif vaxtlarında qəbul edir, lazım gəldikdə isə özü onların görüşünə belə gedir.

İyunun 8-də bir qrup Qarabağ müharibəsi əlili Aslan Rəhimov, Əli Əliyev, Şükufə Məmmədtağıyeva, Fizuli İbrahimov, Habil Xəlilov və şəhid qardaşı Şakir Quluyev İcra Başçısının qəbulunda olaraq onlar üçün N.Nərimanov yaşayış massivində tikilmiş evlərinə içməli su xəttinin çəkilməsi ilə bağlı müraciət etmişdilər.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov vətəndaşların müraciətini nəzərə alaraq qaldırılan məsələnin həll edilməsi barədə müvafiq tapşırıqlar vermişdi.

Rayon rəhbərliyinin verdiyi tapşırıq öz əməli həllini tapıb. Bu günlərdə qeyd olunan ərazidə 4 Qarabağ müharibəsi əlili və 1 şəhid ailəsi üçün tikilmiş evlərə içməli su xəttinin çəkilməsinə başlanılıb. Artıq su xətti çəkilən ərazidə qazma işləri aparılıb, sahələr təmizlənib. İllərdən bəri mövcud olan problem İcra Başçısının tapşırığına əsasən həll edilib. 5 ailə su ilə təmin olunub.

Su diametri 50 mm-lik polietilen borular vasitəsilə çəkilir. Uzunluğu 800 metr olan içməli su xəttinin çəkilişi davam edir.

Sakinlərdən Aslan Rəhimov, Əli Əliyev, şəhid qardaşı Şakir Quluyev və başqaları böyük sevinc hissləri keçirtdiklərini söyləyərək onların müraciətinə dərhal baxılmasına və içməli su xəttinin çəkilməsinə görə Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova öz dərin minnətdarlıqlarını bildiriblər.

Vətəndaşların müraciəti əsasında su xətti çəkilir
Vətəndaşların müraciəti əsasında su xətti çəkilir
GOYEZEN.AZ


Facebook-da paylaş