Qazaxda əhalinin işlə təminatı yüksəlib » Göyəzən internet portalı


Qazaxda əhalinin işlə təminatı yüksəlib

Qazaxda əhalinin işlə təminatı yüksəlib
Qazax rayonunda əhalinin işlə təmin olunması istiqamətində davamlı tədbirlər həyata keçirilir.

Rayon Məşğulluq Mərkəzindən GÖYƏZƏN.AZ-a bildiriblər ki, cari ilin doqquz ayında Mərkəzə müraciət edən 2009 nəfər işaxtarandan 983 nəfərinin sənədləri qeydiyyata alınıb və onların 722 nəfəri idarə, müəssisə və təşkilatlarda işlə təmin olunub.

Mərkəzə müraciət edənlər əsasən qaz istismarı sahəsində, kommunal xidmətlər müəssisəsində, mənzil istismarı və yol idarələrində işə düzəliblər.

Rayon statistika idarəsindən verilən məlumata görə isə ümumiyyətlə, doqquz ayda rayon üzrə 14 yeni müəssisə yaradılıb, 1487-si daimi olmaqla, 1577 yeni iş yeri açılıb.

GÖYƏZƏN.AZ


Facebook-da paylaş