Qazaxda uşaq bağçasının əsaslı təmirinə başlanılıb » Göyəzən internet portalı
  • Təqvim

  • Unutma

  • Maraq



Qazaxda uşaq bağçasının əsaslı təmirinə başlanılıb

Qazaxda uşaq bağçasının əsaslı təmirinə başlanılıb
Qazax rayonunda həyata keçirilən tikinti-abadlıq və quruculuq işlərində yeni bağça binalarının tikilməsinə, əsaslı şəkildə təmir olunmasına xüsusi önəm verilir. Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov fəaliyyətə başladığı ilk gündən bu istiqamətdə mühüm işlər görür, böyüməkdə olan körpələrimizin yaxşı şəraitdə təlim-tərbiyə almaları üçün əlindən gələni əsirgəmir.

Bunun bariz nümunəsini şəhər mərkəzində, eləcə də kəndlərimizdə inşa olunan və əsaslı şəkildə təmir edilən körpələr evi-uşaq bağçalarının timsalında aydın şəkildə görmək olar. Qısa bir zaman kəsiyində Kosalar kəndindəki 2 və 3 saylı, Xanlıqlar kənd körpələr evi-uşaq bağçaları, Daş Salahlı kənd 2 və 3 saylı kənd körpələr evi-uşaq bağçaları, Cəfərli kənd uşaq bağçası əsaslı təmir olunaraq uşaqların ixtiyarına verilib. Şəhərdə isə 1 saylı körpələr evi-uşaq bağçası üçün 3 mərtəbəli yeni bina tikilib.

Bağçalarla bağlı görülən işlər bununla bitmir. Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tərəfindən Qazaxdakı bütün bağça binalarının əsaslı şəkildə təmir olunması bir vəzifə kimi irəli sürülmüş və bu istiqamətdə əməli işlər görülür. Artıq şəhər 2 saylı uşaq bağçasının əsaslı şəkildə təmirinə başlanılıb.

İş icraçısı Lətif Həsənov GOYEZEN.AZ saytına məlumat verərək bildirib ki, rayon rəhbərliyinin tapşırığına əsasən dünəndən təmir işlərinə başlamışıq. İlkin olaraq 2 mərtəbəli binada söküntü işləri görülür. Bu tapşırığı ayrılmış xüsusi briqada həyata keçirir. Söküntü işlərini 2 günə başa çatdıracağıq.

L.Həsənov görüləcək işlər barədə də məlumat verib. Qeyd edib ki, söküntü işlərindən sonra əsaslı təmir işlərinə başlayacağıq. Bu məqsədlə 3 briqada yaradılıb. Binada suvaq işləri görüləcək, qapı və pəncərələr, döşəmə yenisi ilə əvəz olunacaqdır. Mətbəx, sanitar qovşağı və sair köklü şəkildə təmir olunacaqdır. Binanın içərisində dəyişikliklər də olacaqdır. Çalışacağıq ki, üzərimizə düşən işləri sürətlə və keyfiyyətlə görək. Əsaslı təmirdən sonra bağça binası tamamilə yeni bir görkəm alacaqdır.

Qazaxda uşaq bağçasının əsaslı təmirinə başlanılıb
Qazaxda uşaq bağçasının əsaslı təmirinə başlanılıb
Qazaxda uşaq bağçasının əsaslı təmirinə başlanılıb
Qazaxda uşaq bağçasının əsaslı təmirinə başlanılıb
Qazaxda uşaq bağçasının əsaslı təmirinə başlanılıb
Qazaxda uşaq bağçasının əsaslı təmirinə başlanılıb
Qazaxda uşaq bağçasının əsaslı təmirinə başlanılıb


Facebook-da paylaş