• Təqvim

  • Unutma

  • Maraq



Vətəndaşların müraciəti əsasında su xətti çəkilib

Vətəndaşların müraciəti əsasında su xətti çəkilib
Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov vətəndaşların müraciətlərinə diqqətlə yanaşır, rayon sakinlərini günün müxtəlif vaxtlarında qəbul edir, lazım gəldikdə isə özü vətəndaşların görüşünə belə gedir.

Fevral ayının 22-də rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov vətəndaşların İcra Aparatına yazdıqları məktub əsasında şəhərin Ağköynək kəndi ilə bitişik olan hissəsindəki yaşayış massivində olaraq burada yaşayan sakinlərlə görüşmüşdü. Sakinlər yaşadıqları ərazidə içməli suyun olmadığını bildirmişdilər.

Rayon rəhbərliyi sakinləri diqqətlə dinlədikdən sonra qaldırılan məsələnin həll edilməsi barədə müvafiq tapşırıqlar vermişdi.

Rayon rəhbərliyinin verdiyi tapşırıq öz əməli həllini tapıb. Bu günlərdə qeyd olunan ərazidə yaşayan sakinlərin evlərinə polietilən borularla içməli su xətti çəkilib. İllərdən bəri mövcud olan problem İcra Başçısının tapşırığına əsasən həll edilib. 50 ailə içməli su ilə təmin olunubdur.

Sakinlərdən Məzahir Budaqov, Arif Məmmədov, Göyüş Əhmədov, Xırda Göyüşova, Musa İsmayılov və başqaları GOYEZEN.AZ saytının əməkdaşlarına böyük sevinc hissləri keçirtdiklərini söyləyərək yaşadıqları əraziyə içməli su çəkilməsinə görə rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova bütün sakinlər adından öz dərin minnətdarlıqlarını bildiriblər.

Eyni zamanda, həmin əraziyə gedən yol da təmir olunmuş, çınqıl daşınıb tökülmüş və hamarlanmışdır.

Vətəndaşların müraciəti əsasında su xətti çəkilib
Vətəndaşların müraciəti əsasında su xətti çəkilib
Vətəndaşların müraciəti əsasında su xətti çəkilib
Vətəndaşların müraciəti əsasında su xətti çəkilib
Vətəndaşların müraciəti əsasında su xətti çəkilib


Facebook-da paylaş