Vətəndaşların müraciəti öz həllini tapır » Göyəzən internet portalı

Vətəndaşların müraciəti öz həllini tapır

Vətəndaşların müraciəti öz həllini tapır
Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov vətəndaşların müraciətlərinə diqqətlə yanaşaraq rayon sakinlərini günün müxtəlif vaxtlarında qəbul edir, lazım gəldikdə isə özü vətəndaşların görüşünə belə gedir.

Bir neçə gün bundan əvvəl şəhərin Osman Sarıvəlli küçəsində yaşayan bir qrup sakin İcra Aparatına məktubla müraciət etmişdi. İcra Başçısı elə həmin gün həmin əraziyə gedərək vətəndaşların müraciəti ilə yerində tanış olmuşdu. Sakinlər yaşadıqları ərazidə suvarma suyu sarıdan korluq çəkdiklərini bildirmişdilər.

Rayon rəhbərliyi sakinləri diqqətlə dinlədikdən sonra qaldırılan məsələnin həll edilməsi istiqamətində müvafiq tapşırıqlar vermişdi.

Həmin tapşırığa əsasən su çəkilişinə başlanılıb. Su xətti çəkilən ərazidə qazma işləri aparılıb, sahələr təmizlənib. Su diametri 100 mm-lik dəmir borular vasitəsilə çəkilir. Uzunluğu 250 metr olan su xəttinin çəkilişi başa çatmaq üzrədir.

Eyni zamanda, həmin əraziyə çınqıl daşınıb tökülmüş və hamarlanmışdır.

GOYEZEN.AZ

Facebook-da paylaş