• Təqvim

  • Unutma

  • Maraq

Qazaxda rayon Mərkəzi Xəstəxanasında işlər sürətlə gedir

Qazaxda rayon Mərkəzi Xəstəxanasında işlər sürətlə gedir
Yanvarın 29-da Heydər Əliyev Mərkəzində “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfrans keçirilib. Konfransda Prezident İlham Əliyev yekun nitqində qeyd edib ki, “Altı şəhərdə - Qazax, Qobustan, Şəmkir, Quba, Naftalan və Goranboy şəhərlərində yeni rayon mərkəzi xəstəxanalarının tikintisi başa çatmalıdır”.

Qazax rayonunda digər sahələrlə yanaşı olaraq sosial sahəyə də böyük diqqət göstərilir. Hazırda rayonda çoxlu sayda sosial obyektlərin inşası aparılır. Onlardan biri də rayon Mərkəzi Xəstəxanasıdır.

Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun yaxından nəzarəti və köməkliyi ilə yeni səhiyyə ocağının tikintisi sürətlə aparılır. Rayon rəhbərliyi müntəzəm olaraq tikintiyə baş çəkir, inşaat işlərinin gedişi ilə maraqlanır. Bu da son nəticədə tikintinin sürətlə aparılmasına təkan verir.

Tikintini aparan “Fərid” inşaat şirkətinin baş iş icraçısı Calal Əfəndiyev GOYEZEN.AZ saytına bildirib ki, hazırda tikinti işləri ilə 10 briqada məşğul olur. Binanın örtük hissəsində tamamlama işləri aparılıb və yekunlaşmaq üzrədir. Binanın üz hissəsində aparılan suvaq işləri də yekunlaşır. Binanın daxilində inşaatçılar arakəsmələrdə olan işləri demək olar ki, başa çatdırıblar. Eyni zamanda binanın daxilində elektrik və havalandırma işləri həyata keçirilib. Hazırda hamam və sanitar qovşaqlarına metlak və kafel döşənir.

İş icraçısı bildirib ki, tikintidə bütün işlər paralel aparılır. Binanın daxili ilə yanaşı çöl hissəsində də tikinti işləri görülür. Belə ki, binanın ətrafına hasar çəkilib. Giriş hissəsinə isə aqlay vurulub. Həmçinin binanın hasar hissəsi işıqlanma sistemi ilə də təchiz olunubdur.

Binanın ətrafında görülən işlərdən biri də qazanxana binasının tikintisidir. İnşaatçılar bu işi başa çatdırdıqdan sonra 400 kubmetrlik iki ədəd su hovuzunda tikinti işlərinə başlayıblar. Eyni işlər nasos stansiyasında da həyata keçirilir. Bununla yanaşı, bina ətrafı torpaq işləri də həyata keçirilir ki, o da sona çatmaq üzrədir.

Məlumat üçün qeyd edək ki, 145 çarpayılıq xəstəxanada səhiyyənin bütün sahələri, o cümlədən cərrahiyyə, travmatologiya, terapiya, reanimasiya, infeksiya, doğuş, uşaq, dializ, poliklinika şöbələri və təcili yardım stansiyası fəaliyyət göstərəcək.

Qazax rayon Mərkəzi Xəstəxanası üçün inşa edilən yeni binada tikinti işləri nəzərdə tutulduğu kimi və ahəngdar gedir. Bu da yeni tibb ocağının vaxtında istifadəyə veriləcəyindən xəbər verir.

Facebook-da paylaş