Əsas Səhifə > Səhiyyə > MedEra Hospitalın yüksək ixtisaslı həkimləri tərəfindən Qazaxda vətəndaşların müayinəsi aparılıb

MedEra Hospitalın yüksək ixtisaslı həkimləri tərəfindən Qazaxda vətəndaşların müayinəsi aparılıb


25-11-2019, 10:00


Tibbin ən son texnoloji imkanlarından yararlanmaq, ən müasir metodlardan istifadə edərək müayinə və müalicə olunmaq istəyənlər üçün Bakı şəhərindən MedEra Hospitalın yüksək ixtisaslı həkim briqadası tərəfindən ödənişsiz olaraq rayon sakinlərinin müayinəsi aparılıb.

23-24 noyabr tarixlərində Qazax Müalicə Diaqnostika Mərkəzində aparılan müayinələrdə rayon sakinləri fəal iştirak ediblər.

Həkim ginekoloq Nərgiz Vəliyeva, nevrepotoloq Xəyal Vəliyev, pediatr Nərmin Məmmədova, dermatovenoroloq Araz Şamilov, USM həkimi Şəfiqə Həmzə, damar cərrahı Fariz İsayev, dietoloq Arzu Həsənova, allerqoloq Ramin Nəriman və kosmetoloq Vüsalə Şəfixanova tərəfindən 600-ə yaxın pasiyent müayinə edilib.

Müayinələr zamanı "Döş xərçəngi”, nevrozlu, insult  keçirmiş, parkinson xəstəliyi, epilepsiyalı, boyun və bel fəqərəarası disk yırtıqları, skalyoz, psoriaz, göbələk mənşəli xəstəliklər, aşağı ətrafların varikoz xəstəliyi, endoartritli xəstələr, uşaqlarda isə anemiyalı, abstruktiv bronxitlər, qurd invaziyasından mərkəzi sinir sisteminə ağırlaşmalar aşkar edilib. Xəstəlik aşkar edilmiş pasiyentlərə lazım olan məsləhətlər verilib və müalicəyə cəlb olunmaları tövsiyə edilib.

Həkimlər tərəfindən aparılan müayinələrdən razı qalan sakinlər bu cür aksiyaların mütəmadi olaraq keçirilməsini arzu ediblər. Onlara göstərilən diqqət və qayğıya, ən əsası da insanların sağlamlığına xidmət edən belə təşəbbüslərin irəli sürülməsinə görə MedEra Hospitalın rəhbərliyinə və müayinəni aparan həkimlərə minnətdarlıqlarını bildiriblər.










GOYEZEN.AZ


Geri qayıt