Əsas Səhifə > Səhiyyə > VƏTƏNDAŞLARIN NƏZƏRİNƏ!

VƏTƏNDAŞLARIN NƏZƏRİNƏ!


8-03-2019, 11:48


2018-ci ildə Avropanın bir sıra ölkələrində, o cümlədən Azərbaycanla həmsərhəd olan Gürcüstan və Rusiya Federasiyasında qızılca xəstəliyinin alovlanması nəticəsində Azərbaycanda da gətirilmə hadisələrlə əlaqəsi olan xəstəlik halları qeydə alınmışdır.

Bununla əlaqədar qızılca xəstəliyinin profilaktikası sahəsində tədbirlərin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikası Səhiyyə Nazirinin 27.02.2019-cu il tarixdə "Respublikada qızılca xəstəliyinə qarşı immunlaşdırma tədbirlərinin keçirilməsi barədə” 10 saylı Əmrinə əsasən 2019-cu ilin mart və aprel aylarında Qazax rayonunda 20-40 yaşlı əhali arasında qızılcaya qarşı təmizləyici immunlaşdırma tədbirləri həyata keçiriləcəkdir.

Vətəndaşların Qazax Rayon Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsinə müraciət etməsi xahiş olunur.

Ünvan: Qazax şəhəri, Bakı küçəsi 44

Əlaqə telefonu: (022) 295-24-27

Qazax Rayon Səhiyyə şöbəsi


Geri qayıt