Əsas Səhifə > Səhiyyə > Qazaxda 15492 nəfər rayon sakini tibbi müayinədən keçib

Qazaxda 15492 nəfər rayon sakini tibbi müayinədən keçib


1-03-2018, 15:00
Qazaxda 15492 nəfər rayon sakini tibbi müayinədən keçib
Respublika Prezidenti İlham Əliyevin tapşırığına əsasən ölkəmizdə həyata keçirilən əhalinin pulsuz tibbi müayinəsi aksiyası vətəndaşların sağlamlığının qorunmasına xidmət göstərir. Artıq ardıcıl olaraq beşinci ildir ki, həyata keçirilən bu xeyirxah aksiya Qazax rayonunda da uğurla həyata keçirilir. Rayon sakinləri tibb müəssisələrinə gələrək tibbi müayinədən keçir, dövlət tərəfindən yaradılmış bu şəraitdən yaralanaraq aksiyada fəal iştirak edirlər.

Aksiyada bu günədək 15492 nəfər rayon sakini tibbi müayinədən keçirilib. Müayinə zamanı sakinlərdən 1490 nəfəri ambulator, 90 nəfəri isə stasionar müalicəyə cəlb edilib. Bundan başqa, 46 nəfər ixtisaslaşdırılmış tibb müəssislərinə göndərilib. 48 nəfərin üzərində isə cərrahi əməliyyat aparılıb.

Müayinədən keçən rayon sakinləri aksiyanın təşkil olunmasını yüksək qiymətləndirir və bu qayğıya görə Respublika Prezidenti İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildirirlər.

GOYEZEN.AZ

Geri qayıt