• Təqvim

  • Unutma

  • Maraq



Kommuna kəndinə asfalt yol çəkilir

Kommuna kəndinə asfalt yol çəkilir
Qazax rayonunda kəndlərə asfalt yollar çəkilir. Kosalar kəndindən sonra Hüseynbəyli kəndinin yolu da asfaltlaşdırılıb. Çaylı kəndində isə bu iş yekunlaşmaq üzrədir.

Hal-hazırda Kommuna kəndinə asfalt yolun çəkilişinə başlanılıb. 2, 6 km uzunluğunda olan bu yol kəndi Qazax–Quşçu Ayrım avtomobil yolu ilə birləşdirir. Yol "Körpü-Bina-Tikinti" MMC tərəfindən çəkilir.

MMC-nin sahə rəisi Emin Nəbiyev GOYEZEN.AZ saytına bildirib ki, artıq bir neçə gündür ki, işə başlamışıq. Qısa müddətdə xeyli iş görmüşük. Yolun köhnə asfalt hissələri qazılaraq təmizlənib. Eyni zamanda, yolda olan kələ-kötür hissələr texnika vasitəsilə hamarlanıb.

Yol boyunca 9 ədəd suötürücü, 9 ədəd böyük ölçüdə, 7 ədəd isə kiçik ölçüdə borular qoyulub. Hal-hazırda yolun çəkilişinə mane olacaq qaz və elektrik xətləri səhmana salınır.

Sahə rəisi bildirib ki, hazırlıq işləri demək olar ki, başa çatdırılmaq üzrədir. Yaxın günlərdə yola asfalt salınacaqdır.

Kommuna kəndinə asfalt yol çəkilir
Kommuna kəndinə asfalt yol çəkilir
Kommuna kəndinə asfalt yol çəkilir


Facebook-da paylaş