• Təqvim

  • Unutma

  • Maraq



Bağçalar yeni görkəm alır

Bağçalar yeni görkəm alır
Bu gün Qazax rayonunda tikinti, abadlıq və quruculuq işləri geniş vüsət alıb. Küçə və meydanlar, səkilər, parklar əsaslı şəkildə yenidən qurulur, yeni sosial obyektlər tikilib istifadəyə verilir. Qazax, sözün əsl mənasında daha abad və yaraşıqlı olur.

Tikinti-quruculuq işlərinin cöğrafiyası və miqyası geniş və əhatəlidir. İndi rayon mərkəzi ilə yanaşı rayonun bütün ərazilərində, sərhəd kəndlərində və eləcə də digər yaşayış məntəqələrində də tikinti-quruculuq işləri aparılır. Elə bir kənd yoxdur ki, orada yenilik, quruculuq işləri olmasın.

Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşovun ən çox diqqət yetirdiyi sahələrdən biri də böyüməkdə olan körpələrimizin yaxşı şəraitdə təlim-tərbiyə almalarıdır. Bu istiqamətdə rayon rəhbərliyi lazım gələn bütün işləri görür, öz diqqət və qayğısını əsirgəmir. Bunun ən bariz nümunəsini şəhər mərkəzində, eləcə də kəndlərimizdə inşa olunan və əsaslı şəkildə təmir edilən körpələr evi-uşaq bağçalarının timsalında aydın şəkildə görmək olar. Şəhərdə fəaliyyət göstərən 6 uşaq bağçasının hamısı rayon rəhbərliyinin diqqət və qayğısı sayəsində müasir istilik sistemi ilə təmin olunubdur. Daş Salahlı kəndindəki 2 və 3 saylı körpələr evi-uşaq bağçalarının binaları əsaslı şəkildə yenidən qurularaq ən müasir və ən yüksək səviyyəyə çatdırılıb. Şəhərdəki 3 mərtəbəli 1 saylı körpələr evi-uşaq bağçasının tikintisi isə artıq başa çatdırılıb və yaxın günlərdə istifadəyə veriləcəkdir.

Şəhərlə yanaşı olaraq kəndlərdəki uşaq bağçaları da diqqətdən kənarda qalmır. Zaman-zaman onlar da əsaslı şəkildə yenidən qurularaq yeni, müasir görkəmə salınır. Bu gün Daş Salahlı ilə yanaşı, KosalarXanlıqlar kəndlərindəki körpələr evi-uşaq bağçaları da əsaslı şəkildə yenidən qurulur.

Rayon rəhbərliynin göstərişinə əsasən əsaslı şəkildə təmir olunan Kosalar kəndindəki olduqca yararsız halda olan bağça binası tədricən yeni bir görkəm alır.

Bağçalar yeni görkəm alır
İlk gündən yenidənqurma işlərinə böyük sürətlə başlanmasının nəticəsidir ki, ötən qısa zaman ərzində nəzərdə tutulandan xeyli çox iş görülüb.

İş icraçısı Lətif Həsənov GOYEZEN.AZ-a bildirib ki, Kosalar kəndindəki bağçada 3 briqada çalışır. İlk olaraq binanın dam örtüyü tamamilə yenilənib, daxili və xarici fasad hissələrində aparılan suvaq işləri yekunlaşıb. Lazım gələn yerlərdə hörgü işləri də görülüb. Binaya daxil olmaq üçün pilləkan düzəldilib. Otaqlar və foye başdan-başa suvanaraq müasir görkəmə salınıb. Bundan əlavə 4 otağın və foyenin döşəmə hissəsinə beton tökülərək laminat vurulması üçün hazırlanıb. Binada olan bütün qapılar dəyişdirilərək yeni plastik qapılarla əvəz olunub. Binada kanalizasiya sistemi quraşdırılıb və 2 ayaqyolu da tikilib. Hazırda 2 mətbəx də düzəldilir. Binada əsas işlər demək olar ki, başa çatdırılıb. Yaxın günlərdə rəngləmə işlərinə başlanılacaqdır.
Bağçalar yeni görkəm alır
Bağçalar yeni görkəm alır
Bağçalar yeni görkəm alır
Bağçalar yeni görkəm alır
Bağçalar yeni görkəm alır
Bağçalar yeni görkəm alır
Məlumat üçün onu da qeyd edək ki, kənddə fəaliyyət göstərən 3 bağçadan 2-si bu binada yerləşəcəkdir.

Xanlıqlar kəndində də işlərə sürətlə başlanılıb. İş icraçısı Süleyman Həsənov bildirib ki, ilkin olaraq binanın dam örtüyü başdan-başa sökülərək yenisi ilə əvəz olunub. Binanın işıq sistemi təzələnib və yeni işıq xətləri çəkilib. Metal məhəcərlər təmir edilərək yararlı hala salınıb.
Bağçalar yeni görkəm alır
Qeyd edib ki, binanın fasadında da işlər görülür. Hal-hazırda binanın ön və yan hissələrində suvaq işləri həyata keçirilir. Bununla yanaşı binanın giriş hissəsindəki tavana lambirin vurulur. Təmir işləri ilə 3 briqada məşğul olur. Binada demək olar ki, lazım gələn bütün təmir işləri həyata keçirilib. Yaxın günlərdə rənglənmə işlərinə başlanılacaqdır.

Kosalar, eləcə də Xanlıqlar kəndlərində işlərin sürətlə aparılması belə deməyə əsas verir ki, yaxın vaxtlarda hər iki bağça binasının əsaslı şəkildə təmiri başa çatdırılacaq və yeni bağçalar uşaqların istifadəsinə veriləcəkdir.

Bağçalar yeni görkəm alır
Bağçalar yeni görkəm alır
Bağçalar yeni görkəm alır


Facebook-da paylaş