Bala Cəfərlidə evlərin dam örtükləri dəyişdirilir
İnsan itkisi ilə yanaşı, kəndin evləri də ermənilər tərəfindən güllə-baran edilmiş, yerli sakinlərə külli miqdarda maddi ziyan dəymişdir. Bu gün kəndin demək olar ki, bütün evlərinin dam örtüklərində, pəncərələrində və divarlarında düşmən güllələrinin izləri vardır. Bunun nəticəsidir ki, kənddəki 24 ev yarasız hala düşmüşdür.
Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşovun göstərişinə əsasən Bala Cəfərlidə evlərin dam örtüklərinin dəyişdiliməsinə başlanılmışdır. İşlər sürətlə getdiyindən artıq 4 evin dam örtüyü yenidən vurulmuşdur. Evlərində təmir işləri aparılan sakinlərdən Vəli Vəliyev, Mahizər Quliyeva, Tamara Məmmədova, Tarıyel Mürsəlov həyata keçirdiyi bu xeyirxah işlərə görə rayon rəhbərliyinə öz dərin minnətdarlıqlarını bildirirlər.
Bala Cəfərlidə evlərin dam örtüklərinin dəyişdirilməsi işi sürətlə davam edir. Bu xeyirxah tədbir yaxın günlərdə başa çatdırılacaqdır.
Facebook-da paylaş