Kosalar və Xanlıqlar kəndlərində subartezian quyuları qazılır
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2015-ci il və 1 iyul 2016-cı il tarixli sərəncamlarına əsasən rayonumuzda 10 ədəd subartezian quyusunun qazılması nəzərdə tutulmuşdur. Həmin sərəncamlara əsasən Daş Salahlı (3 ədəd), Çaylı (3 ədəd), Canalı, Kosalar, Xanlıqlar və Orta Salahlı kəndlərində subartezian quyuları qazılacaqdır.
Artıq sərəncamda qeyd olunan kəndlərin bir neçəsində quyuların qazılmasına start verilmişdir. Bu məqsədlə Kosalar və Xanlıqlar kəndlərində qazma işlərinə başlanılmışdır. İşlərin sürətlə aparılması onu deməyə əsas verir ki, subartezian quyularının qazılması optimal müddətdə başa çatdırılacaqdır. Bu da həm əkin sahələrinin suvarılması işini yaxşılaşdıracaq, həm də əhalinin içməli suya olan təlabatının ödənilməsinə kömək göstərəcəkdir.
Facebook-da paylaş