• Təqvim

  • Unutma

  • Maraq



Kosalar və Xanlıqlar kənd bağçaları yenidən qurulur

Kosalar və Xanlıqlar kənd bağçaları yenidən qurulur
Bu gün Qazax rayonunda tikinti, abadlıq və quruculuq işləri geniş vüsət alıb. Küçə və meydanlar, səkilər, parklar əsaslı şəkildə yenidən qurulur, yeni mədəniyyət binaları tikilib istifadəyə verilir, Qazax, sözün əsl mənasında daha abad və yaraşıqlı olur.

Diqqət çəkən məqamlardan biri də odur ki, bu tikinti-quruculuq işləri təkcə rayon mərkəzində deyil, rayonun bütün ərazilərində, sərhəd kəndlərində və digər yaşayış məntəqələrində də aparılır. Buna misal olaraq son aylar Çaylı və Hüseynbəyli kəndlərinə çəkilən asfalt yolları nümunə göstərmək olar.

Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov fəaliyyətə başladığı ilk gündən bütün sahələrlə yanaşı böyüməkdə olan körpələrimizin yaxşı şəraitdə təlim-tərbiyə almaları üçün də diqqət və qayğısını əsirgəmir. Bunun ən bariz nümunəsi şəhər mərkəzində inşa olunan 3 mərtəbəli 1 saylı körpələr evi-uşaq bağçasıdır. Bağçanın tikintisi demək olar ki, başa çatdırılıb. Yaxın günlərdə istifadəyə veriləcəkdir.

Şəhərlə yanaşı olaraq kəndlərdə də yeni-yeni uşaq bağçaları tikilir və yaxud da əsaslı şəkildə yenidən qurulur. Buna misal olaraq Kosalar Xanlıqlar kəndlərindəki körpələr evi-uşaq bağçalarının əsaslı şəkildə yenidən qurulmasını nümunə göstərmək olar.

Kosalar kəndində olan bağçanın binası olduqca yararsız halda idi və əsaslı təmirə ehtiyac vardı. Bunu nəzərə alan rayon rəhbərliyi həmin bağçanın əsaslı şəkildə təmir olunması barədə göstəriş verdi.

İlk gündən yenidənqurma işlərinə böyük sürətlə start verilib. Bunun nəticəsidir ki, cəmi bir neçə gün ərzində nəzərdə tutulandan xeyli çox iş görülüb.

İş icraçısı Lətif Həsənov GOYEZEN.AZ-a bildirib ki, Kosalar kəndindəki bağçada 3 briqada çalışır. İlk olaraq binanın dam örtüyü sökülüb və yenisi ilə əvəz olunubdur. Eyni zamanda binanın xarici fasad hissəsində suvaq işləri aparılıb. Lazım gələn yerlərdə hörgü işləri də görülür. Tikinti materialları ilə tam təmin olunmuşuq. Ona görə binanın əsaslı şəkildə yenidən qurulması yaxın vaxtlarda başa çatacaqdır.

Onu da qeyd edək ki, kənddə fəaliyyət göstərən 3 bağçadan ikisi bu binada yerləşəcəkdir.

Xanlıqlar kəndində də işlərə sürətlə başlanılıb. İş icraçısı Süleyman Həsənov bildirib ki, ilkin olaraq binanın dam örtüyü başdan-başa sökülüb. Bu işlər başa çatdıqdan sonra dam örtüyünün yenisi ilə əvəz olunmasına başlamışıq. Artiq bu iş yekunlaşmaq üzrədir. Bundan sonra isə suvaq işlərinə başlayacağıq.

Kosalar, eləcə də Xanlıqlar kəndlərində işlərin sürətlə aparılması belə deməyə əsas verir ki, yaxın vaxtlarda hər iki bağça binasının əsaslı şəkildə təmiri başa çatdırılacaq və yeni bağçalar uşaqların istifadəsinə veriləcəkdir.

Kosalar və Xanlıqlar kənd bağçaları yenidən qurulur
Kosalar və Xanlıqlar kənd bağçaları yenidən qurulur
Kosalar və Xanlıqlar kənd bağçaları yenidən qurulur
Kosalar və Xanlıqlar kənd bağçaları yenidən qurulur
Kosalar və Xanlıqlar kənd bağçaları yenidən qurulur
Kosalar və Xanlıqlar kənd bağçaları yenidən qurulur


Facebook-da paylaş