• Təqvim

  • Unutma

  • Maraq



Günü-gündən gözəlləşən Qazaxım

Günü-gündən gözəlləşən Qazaxım
Gün doğanda öz zərrin şəfəqlərini Qərbin və qəlbin qapısı sayılan Qazax şəhərinin üzərinə yayanda hər gün bir yeniliyin, bir müasirliyin, bir gözəlliyin şahidi oluruq. Və günlər bir-birini əvəz etdikcə, həftələr aya çevrildikcə küçə və meydanlardan yeni-yeni binalar baş qaldırır, bağ-bağçalar yaşıllıqlara qərq olur, al-əlvan güllər, bir-birindən gözəl çiçəklər otların arasından boy göstərib ətrafı daha da gözəlləşdirirlər. Rayon mərkəzində, eləcə də kəndlərimizdə görülən müxtəlif yönümlü işlər bir deyil, beş deyil. Hansını deyəsən, hansını qeyd edəsən? Sadalamaqla qurtarmır. Amma onlardan bir neçəsini hörmətli oxucuların diqqətinə çatdırırıq.

Azərbaycan Respublikası “Regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq Qazax rayonunda tikinti-abadlıq və quruculuq işləri sürətlə davam edir. Qazax rayonunun girişindəki “Obelisk”də və ətrafında geniş abadlıq işləri aparılmış, yeni yaşıllıqlar salınmış və yeni işıqlandırma sistemi quraşdırılmışdır. Həmin ərazidə, Azərbaycanın ilk hərbi təyyarəçisi Fərrux ağa Qayıbovun xatirəsinə təyyarə abidəsi ucaldılmışdır. Yaxın günlərdə abidənin açılışı olacaqdır. Bayraq Meydanında, N.Nərimanov yaşayış massivində hündürlüyü 15 metr olan Qüllənin ətrafında, Qazax şəhərindəki və rayonun Daş Salahlı kəndindəki şəhidlər qəbiristanlıqlarında, Yuxarı Salahlı kəndindəki Şəhidlər Xiyabanında əsaslı təmir və geniş abadlıq–quruculuq işləri aparılmışdır. Küçələrin təmiri və məhəllədaxili yollar asfaltaşdırılmışdır.

Bakı-Tbilisi avtomobil yolunun Qazax rayonunun ərazisindən keçən hissəsində abadlıq işləri aparılmış, yeni ağac və gül kolları əkilmişdir. H.Əliyev prospekti boyunca və Bakı küçəsində yaşayış evlərinin dam örtükləri dəyişdirilmiş, evlərin fasad hissəsində və hasarlarda abadlıq işləri aparılmış, yeni hasarlar çəkilmiş və yol kənarı yaşayış evlərinin giriş hissəsinə darvazalar quraşdırılmışdır. Qazax Tarix Diyarşünaslıq Muzeyinin müasir tələblərə cavab verən yeni binasının tikintisi və ətraf ərazidə aparılan abadlıq işləri başa çatmaq üzrədir. Mərkəzi bazarın ətrafında–H.Əliyev prospekti, Azadlıq, M.Carçıyev və M.V.Vidadi küçələrində antisanitariya və natəmizlik yaradan, əhalinin hərəkətinə mane olan və məhdudlaşdıran küçə ticarəti aradan qaldırılmışdır. Bu məqsədlə mərkəzi kolxoz bazarında lazımi şərait yaradılmış, ticarətlə məşğul olan insanlar bazara köçürülmüşlər. Bundan başqa, “Çinar dibi” adlanan yaşayış massivində yeni alternativ bazar yaradılaraq fəaliyyətə başlamışdır. Hazırda kənd təsərrüfatı yarmarkasının keçirilməsi üçün hazırlıq işləri gedir. İndiyədək Qazax şəhərində 1500 p/m uzunluğunda yeni bardür düzülmüş və 2500 kvadrat metr əraziyə tamet döşənmişdir. Hazırda bu istiqamətdə işlər sürətlə davam edir.

Günü-gündən gözəlləşən Qazaxım
Azərbaycan Respublikası Prezidentinin 19 avqust 2016-cı il tarixli sərəncamı ilə 6000 nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Qazax-Kosalar avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə 3,0 (üç) milyon manat ayrılmışdır. Qazax-Kosalar avtomobil yolunun tikintisinə başlanılmış və burada işlər başa çatmaq üzrədir. Yuxarı Salahlı kəndində 480 şagird yerlik kənd tam orta məktəbdə bərpa-gücləndirmə və əsaslı təmir işləri, Çaylı kənd 1 saylı tam orta məktəbində isə əsaslı təmir işləri aparılır.

Qazax şəhərində və kəndlərdə sipləşmə, Daş Salahlı kədində 110/35/6 kv-luq Daş Salahlı yarımstansiyanın tikintisi işləri davam edir. Ağköynək kəndi ərazisində 1,5 hektar sahədə məişət tullantıları üçün ərazi ayrılmış, orada təmizlik işləri aparılmış və ətrafı dəmir torla hasarlanmışdır. Məzəm və Quşçu Ayrım kənd sakinlərinin rayon mərkəzinə təhlükəsiz gediş və gəlişini təmin etmək məqsədilə Qazax-Quşçu Ayrım avtomobil yolunun Alpout kəndi ilə Quşçu Ayrım kəndini birləşdirən hissəsində alternativ olaraq ikinci yolun çəkilişi işlərinə başlanılmışdır. Rayonun Daş Salahlı kəndində və Carçıoğlu şirkəti tərəfindən rayonun Xanlıqlar kəndində hər birinin illik gücü 50 min ton olan Əhəng zavodlarının, Birinci Şıxlı kəndində "Birinci Şıxlı kəndli fermer təsərrüfatı" MMC-nin tikintisi işləri davam edir.
Rayonun Birinci Şıxlı kəndində 220 başlıq heyvandarlıq fermasının tikintisi, lizinq yolu ilə gətirilmiş 75 baş cins mal-qaranın sayının 100 baş artırılması məqsədilə

Günü-gündən gözəlləşən Qazaxım
Qaymaqlı kəndində fəaliyyət göstərən fermada genişləndirmə işləri həyata keçirilmişdir. Orta Salahlı kəndində aylıq gücü 30 min baş olan quşçuluq fermasında tikinti işləri davam etdirilir.

Rayonun Ermənistanla ən yaxın məsafədə yerləşən sərhəd kəndlərinin (Bala Cəfərli və Məzəm) əhalisinin təhülkəsizliyini təmin etmək məqsədilə sərhəd boyu 3 metr hündürlükdə 1300 p/m istinad divarları çəkilmişdir. Quşçu Ayrım kənd əhalisinin təhlükəsizliyini təmin etmək məqsədi ilə yaşayış evlərinin düşmən mövqelərinə baxan pəncərələrinin hörülməsi üçün kənd sakinlərinə tikinti materialları verilmişdir.

Bala Cəfərli və Xanlıqlar kəndlərinin hər birində bir imkansız ailə üçün yaşayış evinin tikintisi başa çatdırılmışdır. Quşçu Ayrım və Ürkməzli kəndlərinin hər birində bir şəhid ailəsi və Dəmirçilər kəndində bir Qarabağ müharibəsi əlilinin evlərində əsaslı təmir və əlavə tikinti işləri aparılmışdır.


Facebook-da paylaş