• Təqvim

  • Unutma

  • Maraq



Məşğulluq Mərkəzi dəyirmi masa keçirib

Məşğulluq Mərkəzi dəyirmi masa keçirib
Qazax rayon Məşğulluq Mərkəzi “Sosial məsuliyyətin bölgüsü çərçivəsində həyata keçirilən tədbirlərdə işəgötürənlərin iştirakı” mövzusunda tədbir keçirib. Tədbirdə rayonda fəaliyyət göstərən bütün idarə, müəssisə və təşkilatlardan nümayəndələr iştirak edib.

Məşğulluq Mərkəzi dəyirmi masa keçirib
Məşğulluq Mərkəzinin direktoru Elçin Nəsibov giriş sözü ilə çıxış edərək bildirib ki, işəgötürənlər idarə, müəssisə və təşkilatlarda yaranan boş iş yerləri, işçilərin və iş yerlərinin ixtisarı, kvot iş yerləri haqqında, işçilərin hərəkəti haqqında yerli Məşğulluq Mərkəzlərlərinə hesabat formalarını vaxtlı-vaxtında təqdim etməlidirlər. Əks halda cərimələr tətbiq olunacaqdır.

Bununla yanaşı işçilərin hərəkəti haqqında hesabat dövründən sonrakı ayın 20-dək 5 saylı hesabat formaya uyğun olaraq yerli Məşğulluq Mərkəzinə yarımillik və illik hesabat təqdim olunmalıdır.

Məşğulluq Mərkəzi dəyirmi masa keçirib
Məşğulluq Mərkəzinin baş məsləhətçisi-mühasib Aqil Əmrahov, məsləhətçi Mehriban Süleymanova, rayon kommunal müəssisələri kombinatının direktoru Nemət Əliyev, MİHİ Qazax rayon komitəsinin sədri İsgəndər Qurbanov və başqaları çıxış edərək mövzu ilə bağlı öz fikirlərini söyləyiblər.

GOYEZEN.AZ


Facebook-da paylaş