• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda yeni iş yerləri açılır

Qazaxda yeni iş yerləri açılır
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə yeni iş yerlərinin yaradılması və əhalinin məşğulluğunun artırılması istiqamətində irəli sürdüyü vəzifələr Qazax rayonunda öz əməli həllini tapır. Rayonda yeni müəssisələrin yaradılması və yeni iş yerlərinin açılması sahəsində mühüm işlər görülür.

Qazax rayon İcra Halimiyyətinin Başçısı Rəcəb Babaşov 2017-ci ilin I rübünün yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat-seçki yığıncağında bu istiqamətdə görülən işləri xüsusilə qeyd edib. Bildirib ki, “Regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı” ilə əlaqədar Qazax rayonunda davamlı surətdə yeni iş yerləri açılır. Birinci rübdə rayonda 5 yeni müəssisə yaradılmış, 630-u daimi olmaqla 660 yeni iş yeri açılmışdır. 2017-ci ilin 3 ayı ərzində Qazax Məşğulluq Mərkəzinə 16 müəssisədən 271 boş iş yeri təqdim edilmiş, müraciət etmiş 1241 nəfər vətəndaşlardan 924 nəfəri iş axtaran kimi qeydiyyata alınmış, 266 nəfər münasib işlə təmin olunmuş, 61 nəfərə işsizlik statusu verilmiş və müavinat təyinatı aparılmışdır”.


Facebook-da paylaş