Qazaxda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə marşrutlar hər gün dezinfeksiya olunur
Bildiyiniz kimi, ölkəmizdə
koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə xüsusi
karantin rejimi elan olunub. Dövlət başçısının
birbaşa rəhbərliyi altında Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən Ümumdünya
Səhiyyə Təşkilatının tələb və tövsiyələrinə uyğun olaraq ölkəmizdə
koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində qabaqlayıcı
tədbirlər görülür. Elan edilən xüsusi karantin rejimi dövrü bitənədək görülən tədbirlərdən
biri də ölkəmizin şəhər və rayonlarında yaşayış məntəqələrinin
ərazilərində koronavirus infeksiyasına qarşı təmizlik və dezinfeksiya işlərinin
aparılmasıdır. Xüsusi karantin rejimi dövrü bitənədək müəyyən
tələblər əsasında mütəmadi olaraq aparılan işlərdən biri də sərnişin daşıma xidməti göstərən bütün növ avtonəqliyyat
vasitələrinin tutacaqları və oturacaqlarının, eləcə də dayanacaqların
oturacaqlarının hər gün bir dəfədən az olmayaraq dezinfeksiya edilməsidir. Qazaxda da bu iş tələblərə uyğun olaraq həyata
keçirilir. Belə ki, sərnişin daşıyan marşrutlar hər gün iki saatdan bir tərkibində
dezinfeksiyaedici maddələr qatılmış məhlullarla dezinfeksiya olunur. Bundan əlavə, "Qazax Avtovağzal” ASC binasının içərisində
də hər gün dezinfeksiya işləri görülür. Binanın girişində qapının tutacaqları, içəridə olan oturacaqlar və ətraf ərazilər dezinfeksiya
olunur.
GOYEZEN.AZ
Facebook-da paylaş