Qazaxda koronavirus infeksiyasına qarşı təmizlik və dezinfeksiya işlərinin aparılmasına dair tələblər olduğu kimi icra edilir
Dövlət başçısının birbaşa rəhbərliyi altında Nazirlər Kabineti
yanında Operativ Qərargah tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının tələb və tövsiyələrinə uyğun
olaraq ölkəmizdə koronavirus infeksiyasının yayılmasının qarşısının
alınması istiqamətində geniş tədbirlər planı həyata keçirilir. Respublikamızda elan edilən xüsusi karantin rejimi dövrü bitənədək ölkəmizin şəhər və rayonlarında yaşayış məntəqələrinin
ərazilərində koronavirus infeksiyasına qarşı təmizlik və dezinfeksiya işlərinin
aparılmasına dair tələblər Qazaxda da olduğu kimi icra edilir. Xüsusi karantin rejimi dövrü bitənədək müəyyən
tələblər əsasında mütəmadi olaraq aparılan təmizlik və dezinfeksiya işlərindən
biri də sərnişin daşıma xidməti göstərən bütün növ avtonəqliyyat
vasitələrinin tutacaqları və oturacaqlarının, eləcə də dayanacaqların
oturacaqlarının hər gün bir dəfədən az olmayaraq dezinfeksiya edilməsidir. Digər işlərdən biri isə məişət tullantılarının yığılması üçün istifadə
olunan bütün konteynerlər, ictimai binalarda və ərazilərdə olan tullantı
qablarının gündə 1 dəfə təmizlənməsi və həftədə 2 dəfə dezinfeksiya edilməsidir. Artıq xeyli müddətdir ki, koronavirus infeksiyasına qarşı təmizlik və
dezinfeksiya işlərinin aparılmasına dair tələblərə uyğun olaraq görülən işlər
bu gün də davam etdirilib. Şəhərdaxili və şəhərdən kəndlərə sərnişin
daşıyan marşrutlar tərkibində dezinfeksiyaedici maddələr qatılmış məhlullarla
dezinfeksiya olunub. Həmçinin, məişət
tullantılarının yığılması üçün istifadə olunan konteynerlər və tullantı
qutularına nəzarət edilərək onlar tam dolmadan boşaldılıb. Eyni zamanda da
tullantı qutuları dezinfeksiya edilib.
GOYEZEN.AZ
Facebook-da paylaş