• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə aparılan dezinfeksiya işlərində istifadə olunan məhlulun tərkibi haqqında məlumat

 

Bildiyiniz kimi, koronavirus infeksiyası (COVID-19) dünya ölkələri arasında sürətlə yayılmaqda davam edir. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu nəzərə alaraq virusun qarşısının alınması istiqamətində bütün dövlətlərdə olduğu kimi, Azərbaycanda da təxirəsalınmaz tədbirlər həyata keçirilir. Ölkə Prezidenti cənab İlham Əliyevin birbaşa rəhbərliyi altında Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə və tələblərinə uyğun olaraq ölkəmizdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində zəruri olan bütün lazımi işlər görülür.

Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da qeyd olunan məsələnin ciddiliyinə məsuliyyətlə yanaşılır, verilən tapşırıq və tövsiyələrə birmənalı şəkildə əməl olunur. Koronavirus infeksiyasının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlərdən biri də rayon ərazisində aparılan dezinfeksiya işləridir.

Xəbər verdiyimiz kimi, artıq bir neçə gündür ki, rayon ərazisində tibbi-profilaktik və dezinfeksiya tədbirləri davam etdirilir. Belə ki, rayonda əhalinin sıxlıq təşkil etdiyi çoxmənzilli yaşayış binaları, şəhər mərkəzində yerləşən parklar, şəhərdə mərkəzi prospekt və ətraf küçələr dezinfeksiya olunur.

Bütün bu işlər isə Qazax Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən koronavirus infeksiyasının qarşısını almaq məqsədilə suya xüsusi dezinfeksiyaedici maddələr qatılmaqla dərmanlanır.

Lakin çox təəssüflər olsun ki, dövlət tərəfindən ölkəmizdə koronavirus infeksiyasının qarşısının alınması istiqamətində görülən işlərə kölgə salmaq istəyən vətəndaşlarımız da var. Hansi ki, həmin vətəndaşlar aparılan bu dezinfeksiya işlərinin canlı şəkildə yayınlanması zamanı həqiqəti əks etdirməyən "Adi sudur” kimi mənfi şərhlər yazaraq görülən işləri və bu işi həyata keçirən insanların əməyini heçə sayırlar. Belə ki, yazılan şərhlərdə dezinfeksiya işləri zamanı istifadə olunan məhlulun tərkibində heç bir dezinfeksiyaedici maddənin olmadığını, hətta, adi su olduğunu bildirirlər.

Bu yazıda qeyd etmək istəyirik ki, yazılan şərhlər heç də həqiqəti əks etdirmir. Bu günə qədər istər əl aparatı vasitəsilə, istərsə də maşınla aparılan bütün dezinfeksiya işləri təlimata uyğun olaraq aparılır. Mərkəzin əməkdaşları tərəfindən Xloromin B, xlorlu əhəng Bromosepto-DEZ adlı dezinfeksiyaedici maddələrdən istifadə olunaraq xüsusi məhlul hazırlanır. Qapalı müəssisələrdə və yaşayış binalarında əl aparatları vasitəsilə aparılan dezinfeksiya işlərində əsasən Xloromin B Bromosepto-DEZ maddələrindən istifadə edilir. 20 litr tutumu olan əl aparatında 20 litr suya qram hesabı ilə 200 qram Xloromin B, 200 qram Bromosepto-DEZ (10 litr suya hər maddədən 100 qram olmaqla) qatılır.

Maşın vasitəsilə görülən dezinfeksiya işlərində isə hər 1 ton suya 3 kiloqram hesabı ilə xlorlu əhəng əlavə olunur.

Buradan "İstifadə olunan məhlul dezinfeksiyaedici maddə deyil, adi sudur”, - deyə şərh yazanlara bir daha bildirmək istəyirik ki, bu cür yazılar yazmaq birbaşa dövlətin siz vətəndaşların sağlamlığı üçün həyata keçirdiyi işlərə kölgə salmaqdan başqa bir şey deyil. Bir daha əmin olun ki, bütün işlər sizin dediyiniz kimi, adi coğaz suyu ilə deyil, adlarını qeyd etdiyimiz maddələr vasitəsilə həyata keçirilir.




 

GOYEZEN.AZ



Facebook-da paylaş