• Təqvim

  • Unutma

  • Maraq



Əhalinin tibbi müayinəsi uğurla davam edir

Əhalinin tibbi müayinəsi uğurla davam edir
Artıq bir neçə ildir ki, dövlət başçısı İlham Əliyevin şəxsi təşəbbüsü ilə ölkəmizdə vətəndaşların pulsuz tibbi müayinəsi həyata keçirilir.

Ölkəmizin hər yerində olduğu kimi, Qazaxda da bu vacib tədbirin mütəşəkkil keçirilməsi məqsədilə hazırlıq işləri aparılıb və tibbi personal bu işə cəlb olunub.

Fevral ayının 15-dən start götürən tibbi müayinə hazırda rayonda uğurla davam edir. Kəndlərdə və digər yerlərdə yataq xəstələrinə həkim briqadaları evlərdə tibbi xidmət göstərir, eyni zamanda rayonun cəbhə bölgəsində yerləşən kəndlərinə tam tərkibdə səyyar həkim briqadaları ezam olunur.

Bu günədək rayonda 15681 nəfər rayon sakini tibbi müayinədən keçirilib. Bundan 307 nəfərinə ambulator müalicə təyin edilib, 71 nəfəri rayonda stasionar müalicəyə cəlb olunub. 31 nəfəri isə müalicə olunmaq üçün Bakı şəhərinə ixtisaslaşdırılmış xəstəxanalara göndərilib.

Hazırda rayonda əhalinin tibbi müayinəsi uğurla davam edir.


Facebook-da paylaş