Qazax rayonunda əhalinin tibbi müayinəsi aparılır
Dövlət başçısının
tapşırığına uyğun olaraq bu il fevralın 12-dən respublikamızın bütün bölgələrində
olduğu kimi Qazax rayonunda da əhalinin tibbi müayinədən keçirilməsi
tədbirlərinin həyata keçirilməsinə başlanılıb. Səhiyyə Nazirliyinin müvafiq Sərəncamına əsasən həyata keçirilən aksiyanın
bütün rayon ərazisində yüksək səviyyədə təşkil olunması məqsədilə Qazax Müalicə
Diaqnostika Mərkəzində və şəhər Poliklinikasında hər cür şərait yaradılıb. Belə ki, səhiyyə
müəssisələri lazımi dərman preparatları ilə təchiz olunub, həkimlərdən ibarət
səyyar briqadalar yaradılıb. Bu cür aksiyanın keçirilməsi isə bir məqsədə xidmət edir ki, onun da
kökündə vətəndaşlarda yaranmış xəstəliklərin erkən aşkar edilməsi və qarşısının
alınması üçün ilkin tibbi yardımların, profilaktik tədbirlərin görülməsi
dayanır. Eyni zamanda, xəstəlik aşkar edilmiş şəxslərin yerlərdə, zərurət
yarandığı hallarda isə Bakı şəhərində və bölgələrdə fəaliyyət göstərən
ixtisaslaşdırılmış tibb müəssisələrində əlavə müayinə və müalicəyə cəlb
olunmalarını, digər sağlamlaşdırıcı tədbirlərin həyata keçirilməsini təşkil
etməkdir. 6 ildir ki, ardıcıl olaraq həyata
keçirilən bu xeyirxah aksiya rayonumuzda da uğurla həyata keçirilir. Rayon
sakinləri tibb müəssisələrinə gələrək müayinədən keçir, dövlət tərəfindən
yaradılmış bu şəraitdən yararlanaraq aksiyada fəal iştirak edirlər. Bundan əlavə, Rayon Mərkəzi Xəstəxanasının baş həkiminin 14 № li Əmri
ilə 3 həkim briqadası da yaradılıb. Müxtəlif
ixtisaslı həkimlərin cəlb olunduğu həmin səyyar həkim briqadaları qrafik
üzrə kənd tibb məntəqələrində olur, həmçinin, ucqar kəndlərdə yaşayan və xəstəxanalara getmək imkanı olmayan sakinləri
də evlərində müayinədən keçirirlər. Xəstəliklər aşkar olunduğu
halda xəstələr yerlərdə, zərurət yarandığı halda isə baş həkimə məlumat
verilərək rayon mərkəzinə və bölgələrdə fəaliyyət göstərən ixtisaslaşmış tibb
müəssisələrində əlavə müayinə və müalicəyə cəlb olunurlar. Məlumat üçün bildirək ki, Qazax Müalicə Diaqnostika Mərkəzində və
şəhər Poliklinikasında, kənd
həkim və tibb məntəqələrində təşkil olunan aksiyada fevral ayının 11-dən bu
günədək artıq 19301 nəfər tibbi müayinədən keçmişdir ki, onlardan 17714
nəfər sağlam hesab edilmiş, 77 nəfər stasionar, 1479 nəfər ambulator, 31 nəfər
isə istisaslaşmış tibb müəssisələrində müayinə və müalicəyə cəlb olunmuşdur. 32
nəfər üzərində isə cərrahiyə əməliyyatı aparılmışdır. İstər mərkəzdə, istərsə də
poliklinikada tibbi müayinə olunan rayon sakinləri dövlətin
onların sağlamlığına göstərdiyi qayğıya görə minnətdarlıq edib, yaradılan şəraitdən
razı qaldıqlarını bildirirlər. Hər il ənənə şəklini almış
əhalinin pulsuz tibbi müayinəsi aksiyasının təşkil olunmasına görə dövlət
başçısı İlham Əliyevə dərin minnətdarlıqlarını bildirirlər. GOYEZEN.AZ
Facebook-da paylaş