Əhalinin tibbi müayinəsi aksiyası Qazaxda da mütəşəkkil qaydada davam edir
Bu cür
aksiyanın keçirilməsində isə əsas məqsəd vətəndaşlarda yaranmış xəstəliklərin
erkən aşkar edilməsi və qarşısının alınması üçün ilkin tibbi yardımların,
profilaktik tədbirlərin görülməsidir. Həmçinin, xəstəlik aşkar edilmiş
şəxslərin yerlərdə, zərurət yarandığı hallarda isə Bakı şəhərində və bölgələrdə
fəaliyyət göstərən ixtisaslaşdırılmış tibb müəssisələrində əlavə müayinə və
müalicəyə cəlb olunmalarını, digər sağlamlaşdırıcı tədbirlərin həyata
keçirilməsini təşkil etməkdir. Xəbər
verdiyimiz kimi, Qazaxda da fevralın 11-dən etibarən əhalinin tibbi müayinəsinə
başlanılıb. Səhiyyə Nazirliyinin müvafiq Sərəncamına əsasən həyata keçirilən
aksiyanın bütün rayon ərazisində yüksək səviyyədə təşkil olunması məqsədilə
Qazax Müalicə Diaqnostika Mərkəzində və şəhər Poliklinikasında hər cür şərait
yaradılıb. Artıq ardıcıl
olaraq altıncı ildir ki, həyata keçirilən bu xeyirxah aksiya rayonumuzda da
uğurla həyata keçirilir. Rayon sakinləri tibb müəssisələrinə gələrək müayinədən
keçir, dövlət tərəfindən yaradılmış bu şəraitdən yararlanaraq aksiyada fəal
iştirak edirlər. Bundan
əlavə, Rayon Mərkəzi Xəstəxanasının baş həkiminin 14 №
li Əmri ilə 3 həkim briqadası da yaradılıb. Müxtəlif
ixtisaslı həkimlərin cəlb olunduğu səyyar həkim briqadaları qrafik üzrə kənd
tibb məntəqələrində olur, həmçinin, ucqar kəndlərdə
yaşayan və xəstəxanalara getmək imkanı olmayan sakinləri də evlərində müayinədən
keçirirlər. Lazım olan halda briqadalar
şəhid ailələri və qocaları müayinə etmək üçün evlərə aktiv gedişlər edirlər. Xəstəliklər
aşkar olunduğu halda xəstələr yerlərdə, zərurət yarandığı halda isə baş həkimə
məlumat verilərək rayon mərkəzinə və bölgələrdə fəaliyyət göstərən
ixtisaslaşmış tibb müəssisələrində əlavə müayinə və müalicəyə cəlb olunurlar. Bu
həftə səyyar həkim briqadaları rayonun Kəmərli, Aslanbəyli və Daş Salahlı kəndlərində olublar.
Müayinə zamanı Kəmərli kənd sakinlərindən Mahmud Kərimov ambulator müalicəyə cəlb
olunub, Dilbər Alcanova, Gövhər Dərgahquluyeva, Moşu Bəxtiyarova isə lazım olan
məsləhətlər verilib. Daş Salahlı kənd sakinləri şəhid anası Ayna Haqverdiyeva, şəhidin həyat
yoldaşı Qaratel Eyvazova və bir neçə ailələrdə də briqada tərəfindən müayinələr
aparılıb. Məlumat üçün
onu da qeyd edək ki, Qazax Müalicə Diaqnostika Mərkəzində və şəhər
Poliklinikasında, kənd
həkim və tibb məntəqələrində təşkil olunan aksiyada bu günədək artıq 13035 nəfər tibbi müayinədən keçmişdir ki, onlardan 11962 nəfər
sağlam hesab edilmiş, 41 nəfər stasionar, 1015 nəfər ambulator, 17 nəfər isə
istisaslaşmış tibb müəssisələrində müayinə və müalicəyə cəlb olunmuşdur. İstər mərkəzdə,
istərsə də poliklinikada tibbi müayinə olunan rayon sakinləri insanların
sağlamlığının qorunmasına yönələn bu xeyirxah aksiyanın təşkil olunmasını
yüksək qiymətləndirirlər. Sakinlər ölkəmizdə, eləcə də bölgələrimizdə səhiyyə
sahəsinə olan diqqət və qayğıya, xüsusilə də hər il ənənə şəklini almış əhalinin
pulsuz tibbi müayinəsi aksiyasının təşkil olunmasına görə dövlət başçısı
İlham Əliyevə dərin minnətdarlıqlarını bildirirlər. GOYEZEN.AZ
Son illər ölkəmizdə əhalinin
sağlamlığının qorunması məqsədilə davamlı tədbirlər həyata keçirilir. "Azərbaycan
Respublikası əhalisinin tibbi müayinələrdən keçirilməsi barədə” ölkə başçısı
İlham Əliyevin tapşırıq və tövsiyəsinə əsasən hər il fevralın 12-dən may ayının
12-dək təşkil olunan əhalinin tibbi müayinəsi aksiyası həmin məqsədyönlü
tədbirlərin bariz nümunəsidir.
Facebook-da paylaş