• Təqvim

  • Unutma

  • Maraq



Qazax şəhəri gündən-günə daha da abadlaşır

Qazax şəhəri gündən-günə daha da abadlaşır
Şəhərin görkəmi gündən-günə dəyişir. Bu istiqamətdə aparılan tikinti-quruculuq və abadlıq işləri sürətlə davam edir.

Qış fəslinin olmasına baxmayaraq başlanmış abadlıq işlərinə bir an belə ara verilmir. Əksinə quruculuq getdikcə daha geniş miqyas və sürət alır.
Qazax şəhəri gündən-günə daha da abadlaşır
Bunu şəhərimizin Fəxri Qazaxlılar, N.Nərimanov parklarında, Şəhidlər Xiyabanında, Cümə Məscidinin və Ədəbiyyat Muzeyinin qarşısında başa çatdırılan işlərdən aydın görmək olar. Abadlıq işləri görülmüş sahələri bu gün sözün yaxşı mənasında tanımaq olmur.
Qazax şəhəri gündən-günə daha da abadlaşır
Bu yerlərdə indi səliqə-sahman, yenilik və gözəllik hökm sürür.
Qazax şəhəri gündən-günə daha da abadlaşır
Eyni zamanda şəhərin S.Vurğun M.Ə.Rəsulzadə, M.Hüseyn, Azadlıq və Bakı küçələrində maşın-mexanizmlərin köməyi ilə təmizlik və abadlıq, hamarlama işləri aparılmış, küçələrə qum-çınqıl döşənmiş və son nəticədə həmin ərazilərin görkəmi diqqəti cəlb edəcək dərəcədə dəyişmişdir.
Qazax şəhəri gündən-günə daha da abadlaşır
Hal-hazırda isə Heydər Əliyev prospektində təmir işləri aparılır.
Qazax şəhəri gündən-günə daha da abadlaşır
Diqqəti cəlb edən məqamlardan biri də odur ki, həyata keçirilən abadlıq və quruculuq işləri əsaslı şəkildə görülür. Bu da son nəticədə prospektin yeni görkəm almasına gətirib çıxarır.
Qazax şəhəri gündən-günə daha da abadlaşır
Prospektin 5 km uzunluğu olan hissəsində köhnə bardürlar sökülərək götürülür. Bunun əvəzində isə yeni, müasir standartlara cavab verən bardürlar düzülür.
Qazax şəhəri gündən-günə daha da abadlaşır
Eyni zamanda həmin ərazidə işıq dirəkləri və bütövlükdə işıq sistemi də əsaslı şəkildə təmir olunaraq yenidən qurulur. Bu da prospektin daha yaxşı işıqlanmasına səbəb olacaqdır.

Prospektdə yaşıllıq zolağının salınması da onun yenidən qurulması istiqamətində görülən işlərdən biridir.
Qazax şəhəri gündən-günə daha da abadlaşır
Belə ki, təmir işləri ilə yanaşı buranın 3 km-lik hissəsində yeni yaşıllıq zolağının yaradılması, oraya dekorativ ağacların və gül kollarının əkilməsi də nəzərdə tutulub.

GOYEZEN.AZ saytına müsahibə verən rayon sakinləri görülmüş işlərdən razılıq edir və Respublika Prezidenti İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildirirlər.

Elçin İSMAYIL


Facebook-da paylaş