• Təqvim

  • Unutma

  • Maraq



Dəyirmi masa keçirilib

Dəyirmi masa keçirilib
Rayon Məşğulluq Mərkəzi tərəfindən “Əmək bazarının sosial-iqtisadi inkişaf templərinə və xüsusiyyətlərinə uyğunlaşma mexanizminin müasir səviyyədə qurulması” mövzusunda dəyirmi masa keçirilib.

Ədəbiyyat Muzeyində keçirilən tədbirdə idarə, müəssisə və təşkilat nümayəndələri, İcra Aparatının məsul işçiləri, KİV nümayəndələri iştirak edib.

Qazax RİHB Aparatında ictimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Məhəmməd Orucov tədbiri giriş sözü ilə açaraq keçirilən tədbirin məqsəd və əhəmiyyətindən danışıb.

Rayon Məşğulluq Mərkəzinin direktoru Elçin Nəsibov çıxış edərək qeyd edib ki, bugünkü dəyirmi masa respublikamızda dövlət məşğulluq siyasətinin yerlərdə müvəffəqiyyətlə həyata keçirilməsinə, işaxtaran və işsiz vətəndaşların məşğulluğunun yüksək səviyyədə təmin edilməsinə və bu sahədə həyata keçirilən tədbirlərə həsr olunub.
Dəyirmi masa keçirilib
Mərkəzin işaxtaran və işsiz vətəndaşların sosial müdafiəsi sektorunun məsləhətçisi Mehriban Süleymanova məruzə ilə çıxış edərək bildirib ki, 2016-cı ildə mərkəzə müraciət edən 1037 nəfər işsiz və işaxtaran vətəndaşdan 716 nəfəri daimi işlə təmin edilib. 24 nəfər peşə hazırlığına cəlb olunub. Kursu bitirən müdavimlərdən 10 nəfəri daimi işlə təmin edilib. 2016-cı ildə keçirilən əmək yarmarkasında 35 nəfər daimi işə göndərilib.
Dəyirmi masa keçirilib
Mərkəzin baş məsləhətçi-mühasibi Aqil Əmrahov, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax rayon Komitəsinin sədri İsgəndər Qurbanov və başqaları çıxış edərək keçirilən tədbirin əhəmiyyətindən danışıb, idarə və təşkilatlarla əlaqələrin daha yaxından qurulmasında belə maarifləndirici tədbirlərin keçirilməsinin olduqca vacib olduğunu qeyd ediblər.

Məşğulluq Mərkəzinin direktoru Elçin Nəsibov tədbirə yekun vuraraq qarşılıqlı hörmət və anlaşma şəraitində keçən belə görüşlərin mütəmadi olaraq təşkil ediləcəyini bildirib.


Facebook-da paylaş