• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda yeni avtovağzal istifadəyə verilib

Qazaxda yeni avtovağzal istifadəyə verilib
Qazax rayonunda yeni avtovağzal istifadəyə verilib. Gürcüstanla sərhəddə yerləşən İkinci Şıxlı kəndində tikilmiş, beynəlxalq və şəhərlərarası daşımaları həyata keçirəcək avtovağzal kompleksində 120-dən çox insanın işlə təmin olunmasına şərait yaradılıb.

GÖYƏZƏN.AZ-ın AZƏRTAC-a istinadən verdiyi məlumata görə avtovağzalın tikilməsinin əsas məqsədi əhaliyə müasir standartlara cavab verən xidmətin göstərilməsi, nəqliyyat vasitələrinin qeyri-qanuni daşımaları həyata keçirməsinin qarşısının alınmasıdır.

Ölkə ərazisində hazırda 58 avtovağzal və avtostansiyanın fəaliyyət göstərdiyini deyən Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəis müavini İbrahim Əliyev son dövrlər 20-yə yaxın avtovağzalın fəaliyyətinin yenidən təşkil olunduğunu, 11-də isə yenidənqurma işlərinin həyata keçirildiyini bildirib.

O, yaxın vaxtlarda tikintisi yekunlaşmaq üzrə olan 3 böyük avtovağzalın da açılışının nəzərdə tutulduğunu qeyd edib.


Facebook-da paylaş