Azərbaycan səhiyyəsi öz uğurlarına görə ulu öndər Heydər Əliyevə minnətdardır » Göyəzən internet portalı
  • Təqvim

  • Unutma

  • Maraq

Azərbaycan səhiyyəsi öz uğurlarına görə ulu öndər Heydər Əliyevə minnətdardır

Azərbaycan səhiyyəsi öz uğurlarına görə ulu öndər Heydər Əliyevə minnətdardır
Bildiyiniz kimi, mayın 1-dən etibarən ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar Qazax rayon Heydər Əliyev Mərkəzində “Açıq qapı” günləri təşkil olunur.

Artıq 4 gündür ki, uğurla davam edən “Açıq qapı” günlərində ekskursiyaçılara ulu öndərin siyasi irsini, Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda apardığı mübarizələri əhatə edən dolğun məlumatlar çatdırılır.

Hər gün bir neçə idarə, müəssisə və təşkilat nümayəndələrinin iştirak etdiyi “Açıq qapı” günlərinin bugünkü iştirakçıları isə səhiyyə sahəsində çalışan kollektivlər olub.

İştirakçılar əvvəlcə ulu öndərin abidəsi önünə tər çiçək dəstələri düzüb, dahi şəxsiyyətin əziz xatirəsini böyük ehtiramla yad ediblər.

Sonra mərkəzdə ümummilli liderin həyat və siyasi fəaliyyətindən bəhs edən mühazirələri dinləyib, səhiyyə sahəsindəki xidmətlərini özündə əks etdirən filmlərə baxıb, kitab və jurnallardan ibarət sərgi ilə tanış olublar.

Qeyd olunub ki, ümummilli lider Heydər Əliyev xalqın sağlamlıq məsələlərinə daim taleyüklü məsələ kimi yanaşmış, bu sahənin cəmiyyət həyatında həlledici rol oynadığını dəfələrlə vurğulamışdır. Ümummilli lider səhiyyəni cəmiyyət və dövlət həyatında ən mühüm, prioritet sahə kimi qiymətləndirərək deyirdi: “Səhiyyə bizim üçün, hər bir cəmiyyət və dövlət üçün çox lazımlı, həyatın bütün sahələrini əhatə edən sahədir. Onun üçün zəruri tədbirlər görülüb və gələcəkdə də görüləcəkdir”.

Heydər Əliyev səhiyyə sisteminin inkişafı ilə bağlı tədbirlərin həyata keçirilməsinə mövcud tibbi obyektlərin abadlaşdırılması, yeni səhiyyə müəssisələrinin yaradılması, əhalinin kütləvi dispanser qeydiyyatına alınması və sahə həkimlərinin işinin fəallaşdırılması məsələlərindən başlayıb. Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəldiyi ilk dövrdən rayonlarda, xüsusən ucqar dağlıq və dağətəyi bölgələrdə səhiyyənin inkişafına xüsusi diqqət yetirilirdi. Uzaqgörən dövlət xadimi olan Heydər Əliyev ölkəmizə birinci rəhbərliyi dövründə tibb üzrə xarici mütəxəssislərin diqqətini Azərbaycana cəlb etməyə, onlarla yerli mütəxəssislər arasında əlaqə yaratmağa çalışırdı. Keçən əsrin 70-ci illərinin əvvəllərindən etibarən tibb üzrə beynəlxalq qurultay, simpozium, konqres və konfransların keçirilməsini təşkil edən ulu öndər ölkəmizin səhiyyə işçilərinin, tibb alimlərinin beynəlxalq arenaya çıxmalarına şərait yaratdı. Həmin dövrdən ulu öndərin təşəbbüsü ilə hər il yüzlərlə gənc keçmiş sovetlər ittifaqının ən mötəbər ali məktəblərində müxtəlif peşələr və ixtisaslar üzrə təhsil almağa göndərildi. Bu, gələcəyin kadr hazırlığının təmininə istiqamətlənmiş uzaqgörən siyasətin həyata keçirilməsi demək idi. İndi Azərbaycanın milli tibbi kadrları nəinki ölkəmizdə, hətta dünyanın bir sıra inkişaf etmiş dövlətlərinin məşhur səhiyyə müəssisələrində uğurla fəaliyyət göstərirlər.

Bildirilib ki, bu gün ulu öndər Heydər Əliyevin siyasi kursunun ölkəmizdə sədaqətlə davam etdirilməsi digər sahələr kimi, səhiyyə sistemində də uğurlara yeni vüsət verib. Həyata keçirilən genişmiqyaslı islahatlar əhalinin sağlamlığının qorunmasına, xalqımızın həyat səviyyəsinin yaxşılaşdırılmasına xidmət edir. İndi tam əminliklə demək olar ki, ulu öndər Heydər Əliyevin və onun layiqli davamçısı İlham Əliyevin göstərdikləri qayğı sayəsində Azərbaycanda tibb elmi və tibb təhsili, eləcə də, səhiyyənin digər bütün sahələri üzrə çox sanballı, yüksək səviyyəli milli kadrlar yetişib və onlar da öz peşəkarlıq məktəblərini yarada biliblər.

Məlumat üçün qeyd edək ki, səhiyyə işçiləri ilə yanaşı, Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının əməkdaşları, üzvləri, şairlər, mədəniyyət işçiləri də “Açıq qapı” günlərində iştirak ediblər.

Dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan dövləti və xalqı naminə göstərdiyi xidmətləri bir daha çatdırmaq məqsədilə təşkil olunan “Açıq qapı” günləri may ayının 10-a kimi davam edəcəkdir.

GOYEZEN.AZ

Facebook-da paylaş