Qazaxda dörd gündə 671 nəfər rayon sakini tibbi müayinədən keçirilib » Göyəzən internet portalı


Qazaxda dörd gündə 671 nəfər rayon sakini tibbi müayinədən keçirilib

Qazaxda dörd gündə 671 nəfər rayon sakini tibbi müayinədən keçirilib
Azərbaycanda ardıcıl olaraq beşinci ildir ki, əhalinin pulsuz tibbi müayinəsi aparılır. Dövlətimizin başçısı İlham Əliyevin tapşırığına əsasən həyata keçirilən xeyirxah aksiya Qazaxda da uğurla davam etdirilir.

Qazax Müalicə Diaqnostika Mərkəzinin baş həkimi Kamandar İbrahimov GOYEZEN.AZ-a bildirib ki, fevralın 12-dən bu günədək 671 nəfər rayon sakini müayinə olunub. Müayinə zamanı sakinlərdən 302 nəfərinə ambulator, 9 nəfərinə isə stasionar müalicə təyin edilib.

Müayinədən keçən rayon sakinləri xeyirxah aksiyanı yüksək qiymətləndirir və bu qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirirlər.


Facebook-da paylaş