Əsas Səhifə > Şəhidlər > Ürəklərdə yaşayan Qaratel...

Ürəklərdə yaşayan Qaratel...


14-06-2017, 17:05
Ürəklərdə yaşayan Qaratel...
Qarabağ müharibəsi şəhidi - Qaratel Şəmi qızı Hacımahmudova 1948-ci ildə Qazax rayonunun Aşağı Əskipara kəndində doğulub. 1962-ci ildə kənd orta məktəbini bitirdikdən sonra Bakı Ticarət Texnikumuna daxil olub. 1970-1975-ci illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda təhsil alıb. 1976-1991-ci illərdə Neft Kəşfiyyatı İdarəsində işləyib. Q.Hacımahmudova Azərbaycan Milli Azadlıq Hərəkatının ən fəal üzvlərindən olub.

Qaratel Aşağı Əskiparada müharibə getdiyindən öz kəndlərində kəndin cavanlarından ibarət könüllü özünümüdafiə dəstəsinə qoşulur. O, döyüşçülərin yeməyini bişirir və paltarını yuyurdu. Qaratel həm də döyüşçülərlə birgə səngərdə bərabər döyüşürdü.

1992-ci il iyunun 14-də səhər tezdən ermənilər rus hərbi bölmələrinin köməyi ilə növbəti dəfə güclü hücuma keçirlər. Düşmənlə qeyri-bərabər döyüşdə Qaratel əsir düşür. O, düşmən əlinə sağ keçməmək üçün özünü öldürür.

Q.Hacımahmudova ölümündən sonra "Azərbaycan bayrağı" ordeni ilə təltif olumuşdur.

Şəhidlərimiz haqqında ərsəyə gələn növbəti sənədli film isə "Azərbaycan bayrağı" ordeni təltif olunmuş Q.Hacımahmudovanın vəfatının 25-ci ildönümü ilə əlaqədar çəkilmiş "Qaratel" sənədli filmidir.
Ürəklərdə yaşayan Qaratel...
Bu gün Mədəniyyət Mərkəzində "Qaratel" filminin təqdimat mərasimi olub. Mərasimdə iştirak edənlər Q.Hacımahmudovanın xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Ürəklərdə yaşayan Qaratel...
Filmin ssenari müəllifi və rejissoru Kəmalə Musazadə çıxış edərək qeyd edib ki, film öz şəxsi təşəbbüsümlə 2009-2010-cu illərdə İctimai televiziyada çəkilib. Müəllif bildirib ki, belə filmlərin çəkilməsində məqsəd gənc nəslə vətənpərvərlik hissini aşılamaq və Milli Qəhrəmanlarımızı, şəhidlərimizi, Qaratel kimi igid qadınlarımızı yaddan çıxarmamaqdır.
Ürəklərdə yaşayan Qaratel...
Filmdə Q.Hacımahmudovanın keçdiyi döyüş yoluna nəzər salınıb, yaxınlarının, doğmalarının və döyüş yoldaşlarının şəhid haqqında fikirləri toplanıb.

Ürəklərdə yaşayan Qaratel...
GOYEZEN.AZ

Geri qayıt