Əsas Səhifə > Şəhidlər > Qazaxda “Qarabağa doğru” filminin təqdimatı olub

Qazaxda “Qarabağa doğru” filminin təqdimatı olub


14-10-2016, 15:30
Qazaxda “Qarabağa doğru” filminin təqdimatı olub
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı, “Öyrədərək Öyrənirik” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin və Qazax rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Qarabağa doğru” filminin təqdimat mərasimi keçirilib.

Tədbirdə ilk öncə aprel döyüşlərində həlak olmuş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qazaxda “Qarabağa doğru” filminin təqdimatı olub
Rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi İsmayıl Süleymanov tədbiri giriş sözü ilə açaraq qedib ki, “Qarabağa doğru” filmi aprel döyüşlərində şəhid olmuş kapitan Orucov Mühüd Qurban oğlu, baş leytenant Namazov Elvin Məmməd oğlu və əsgər Əliyev Orxan Məhəmməd oğlunun xatirəsinə ithaf olunub.

Şəhid ataları Qurban Orucov, Məmməd Namazov və Məhəmməd Əliyev çıxış edərək filmin ərsəyə gəlməsində əməyi keçən insanlara, xüsusilə də onlara hər zaman diqqət və qayğı göstərən Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşova ailələri adından öz dərin minnətdarlıqlarını bildiriblər.
Qazaxda “Qarabağa doğru” filminin təqdimatı olub
Sərbəst güləş üzrə Azərbaycan yığma komandasının böyük məşqçisi Firdovsi Umudov, ehtiyatda olan baş leytenant, Qarabağ qazisi Kamil Musavi isə gənc və yeniyetmələrin vətənpərvərlik ruhunda tərbiyə olunmasında bu cür tədbirlərin böyük rolu olduğunu qeyd ediblər.

Sonra film nümayiş olunub. “Qarabağa doğru” adlı ilk film iştirakçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.


Geri qayıt