Qazax Sement Zavodunda şəhid ailələrinə bayram sovqatları verilib » Göyəzən internet portalı

Qazax Sement Zavodunda şəhid ailələrinə bayram sovqatları verilib

“HGC GROUP” MMC tərəfindən bayram günlərində şəhid ailələrinə yardım göstərmək artıq ənənə halını alıb. Cəmiyyətdə (Qazax Sement Zavodunda) Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə şəhid ailələrinə bayram sovqatları verilib.

Zavodun rəhbərliyi həmişə olduğu kimi bu il də xeyirxahlıq missiyasına sadiq qalaraq şəhid ailələrini yaddan çıxartmayıb. İstehsal müəssisəsinin yerləşdiyi rayonun Daş Salahlı kəndində, eləcə də zavodda çalışan şəhid ailələrinə diqqət və qayğı ilə yanaşan zavod kollektivi bu bayram günündə də onların yanında olub, maddi və mənəvi cəhətdən köməklik göstərib.

Daş Salahlı kənd icra nümayəndəliyində keçirilən görüşdə “HGC GROUP” MMC-nin insan resurslarının idarəedilməsi şöbəsinin rəisi Aqil Hacıyev, administrasiya bölməsinin rəisi Vüsal Əliyev, “Göyəzən” qəzetinin baş redaktoru Elçin İsmayıl, Daş Salahlı bələdiyyəsinin sədri Mahir Quliyev çıxış edərək şəhid ailələrini qarşıdan gələn bayramlar münasibətilə səmimi qəlbdən təbrik edib, onlara ən xoş arzularını bildiriblər.

Bu gün Daş Salahlı kəndində yaşayan 21, zavodda işləyən 8 şəhid ailəsinə, 3 Aprel şəhidi ailəsinə və 2 imkansız ailəyə, ümumilikdə 34 ailəyə cəmiyyət tərəfindən bayram sovqatları verilib.

GOYEZEN.AZ

Facebook-da paylaş