Qazaxda “Aprel şəhidləri – Qələbə müjdəçiləri” adlı tədbir keçirilib » Göyəzən internet portalı

Qazaxda “Aprel şəhidləri – Qələbə müjdəçiləri” adlı tədbir keçirilib

Qazaxda “Aprel şəhidləri – Qələbə müjdəçiləri” adlı tədbir keçirilib
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və Qazax rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Jurnalistlər Ekstremal Şəraitdə” İctimai Birliyi tərəfindən tədbir keçirilib.

Gənclər Mərkəzində keçirilən tədbirdə RİHB Aparatının məsul işçiləri, idarə, müəssisə və təşkilat rəhbərləri, mədəniyyət, təhsil, səhiyyə işçiləri, şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, veteranları, KİV nümayəndələri iştirak edib.

Tədbir iştirakçıları əvvəlcə şəhərin mərkəzində yerləşən Şəhidlər Xiyabanını ziyarət edərək memorial önünə gül dəstələri qoyublar.
Qazaxda “Aprel şəhidləri – Qələbə müjdəçiləri” adlı tədbir keçirilib
Qazaxda “Aprel şəhidləri – Qələbə müjdəçiləri” adlı tədbir keçirilib
Qazaxda “Aprel şəhidləri – Qələbə müjdəçiləri” adlı tədbir keçirilib
Sonra tədbir Gənclər Mərkəzində davam edib. Dövlət Himni səsləndikdən sonra Aprel şəhidlərinin, eləcə də torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Qazax rayon İcra Hakimiyyəti başçısının müavini Gulaya Həsənova tədbiri giriş sözü ilə açaraq Aprel şəhidlərinin keçdiyi şərəfli döyüş yolundan söz açıb və onların xatirəsinin qəlblərdə əbədi yaşayacağını bildirib.
Qazaxda “Aprel şəhidləri – Qələbə müjdəçiləri” adlı tədbir keçirilib
Aprel şəhidləri haqqında hazırlanmış foto-slaytlar nümayiş olunduqdan sonra “Jurnalistlər Ekstremal Şəraitdə” İctimai Birliyinin sədri, layihə rəhbəri Firuzə Əsədullayeva çıxış edərək layihə haqqında ətraflı məlumat verib. Qeyd edib ki, layihə 2016-cı ilin aprel ayında Azərbaycan ordusunun əzmkar əsgər, gizir və zabit heyətinin şanlı qələbəsində böyük rolu olan, qəhrəmanlıqla döyüşərək şəhidlik zirvəsinə ucalan hərbçilərimizin cəmiyyətə daha geniş miqyasda tanıdılmasına xidmət edir. Layihənin əsas məqsədi Aprel döyüşlərinin qəhrəmanlarını daha geniş miqyasda təbliğ etmək, onların döyüş yolu və həyatı haqqında cəmiyyəti maarifləndirmək, şəhid ailələrinə mənəvi-psixoloji yardımlar göstərməklə dəstək olmaqdır.
Qazaxda “Aprel şəhidləri – Qələbə müjdəçiləri” adlı tədbir keçirilib
Layihənin jurnalist eksperti Elxan Xanalizadə həyata keçirilən layihənin məqsəd və mahiyyəti haqqında danışaraq qeyd edib ki, avqust ayından noyabr ayına kimi davam edən 4 aylıq layihədə 11 Aprel şəhidi haqqında foto-slaytlar hazırlanmış, onların qəhrəmanlıq dolu həyatları təqdim olunmuşdur. Həmçinin layihə çərçivəsində keçirilən tədbirlərdə 4 mövzu – “Aprel şəhidləri şanlı tariximizdir”, “Azərbaycan xalqı 2016-cı ilin aprel ayında bir yumruq kimi”, “Aprel döyüşlərinin qəhrəmanları heç vaxt unudulmayacaq”, “Vətəni Aprel qəhrəmanları kimi sevməliyik” mövzuları ətrafında söhbətlər aparılmışdır.
Qazaxda “Aprel şəhidləri – Qələbə müjdəçiləri” adlı tədbir keçirilib
Sonra çıxışlar olub. Fərəhli kənd tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini (şəhid Mühüd Orucovun müəllimi) Alı Həsənov, “Şəhid kapitan Mühüd Orucov adına Tədris Mərkəzi”nin direktoru Gülanə Hüseynova, RİHB Aparatında ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Məhəmməd Orucov, Qarabağ qazisi Kamil Musavi, AYB-nin üzvləri Bilal Qoca, Mustafa Rasimoğlu, Ağstafa Əfqanıstan Veteranları Təşkilatının sədri Mirzahid Hacıyev, keçmiş hərbçi Aftandil Cəfərov, Qazax Dövlət Sosial-İqtisad Kollecinin III kurs tələbəsi Ləman Eyvazova və başqaları çıxış edərək şəhidlərin ölməzliyindən, onların əziz xatirəsinin daim yad edilməsindən söz açıblar.

Kapitan Mühüd Orucovun anası Sima Orucova və baş leytenant Elvin Namazovun atası Məmməd Namazov çıxış edərək dövlət tərəfindən şəhidlərə, onların ailə üzvlərinə göstərilən diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə, Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova bütün şəhid ailələri adından öz dərin minnətdarlıqlarını bildiriblər. Lahiyədə əməyi keçən insanlara öz təşəkkürlərini çatdırıblar.

Tədbirin sonunda Qazax rayonundan olan 3 Aprel şəhidinin ailə üzvlərinə “Jurnalistlər Ekstremal Şəraitdə” İctimai Birliyi tərəfindən Fəxri Fərmanlar təqdim edilib.

GOYEZEN.AZ

Facebook-da paylaş